təbabət

Sərxoş adamla mübahisə etmək haqqında

    23.05.2014
Sual: 
salam necesiz menim size vereceyim sual beledi men bu gun xalamin yoldasinan mubahise etdim cunki hemin kisi biraz ickiliydi ne dansdigini bilmirdi hemin insan menim anam atami soyurdu anam sagdi atam rehmete gedim anam hemin kisiley cox mubahise etmedi en cox men mubahise etdim ve evden qovdum hemin kisinin yasi texmini 63yasi olardi menimde 18 sizce menim bele mubahise etmeyim gunah oldu yoxsa duz elemisem xais edirem tez cavablandirin Allah sizden razi olsun
Cavab: 

Aleykum salam. Sərxoş adamla danışmaqdan və mübahisə etməkdən çəkinin. Çünki altmış yaşa baxmayaraq bu vəziyyətdə olan insanın ağlı olmur. Təsadüfi deyildir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) içkini bütün pisliklərini kökü adlandırmışdır. İnşallah sizin etdiyiniz günah sayılmır. 

Qəlb qırmaq və oruc tutmaq barəsində sual

    22.05.2014
Sual: 
Salamu aleykuma,ilk sualim qelb sindirmaq Allahin qezabina ducar olmaqdimi ?? yani bunu gunahi ne derecede boyukdu ? IKinci sualim: oruc tutmaq vacibdi bilirem ,eger iwim fiziki cehetce agirdisa yani zeiflik flan olsa tutmaq olar yene oruc?? Tewekkur edirem onceden.
Cavab: 

Aleykum salam.
1. İnsanın haqsız yerə qəlbini qırmaq günahdır. Daha ətraflı: Qəlb qırmaq günahdırmı?
2. Əgər söhbət ramazan ayının oruclarından gedirsə, bu zaman mütləq tutmaq lazımdır.

Qadın xəyalında başqasını fikirləşərsə, günah etmiş olarmı?

    19.05.2014
Sual: 
Əgər evli qadin,xəyalinda başqa kişini fikirləşirsə günah etmiş olur??
Cavab: 

Aleykum salam. Uca Allah insana fikirlərində azadlıq vermişdir. İslam alimləri deyirlər ki, əgər insan mümkün olmayan günahları xəyalına gətirirsə, buna görə günah qazanmır. Məsələn, insan xəyalında bank yarmağı fikirləşir, lakin onun bunu etmək niyyəti yoxdur.

Mənim xəstəliyim olduğuna baxmayaraq oruc tuta bilərəmmi?

    12.05.2014
Sual: 
Salam aleykum. Men oruc tutmaq isteyirem, amma menden her gun meni xaric olur. Yeni bu bir qadin xesteliyidir. Her gun videleni (axinti) gelir. Men oruc tuta bilmeremmi? Yeni o maye shehvet hissi ile gelmir. Sadece her defe gelir. Sualima gore de chox uzr isteyirem. Amma men oruc tutmagi chox isteyrem. Tuta bileremmi?
Cavab: 

Aleykum salam. Oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyildir. Cənabət halında oruc tutmaq olar. 

Evliliyə qədər sevdiyin insanla görüşmək olarmı?

    04.05.2014
Sual: 
Salam aleykum. Mən bir insanı sevirəm qarşılıqlı olaraq. Niyyətimiz evlənməkdir inşAllah. Amma hərdən bir-birimizə baxırıq ve bir-birimizə toxunmuruq. Haram olaraq heç nədən danıshmırıq. Hətta danıshanda belə gülüsh isharelerinden istifade etmirik. Bezi hallarda nese olur sorushuram ve ya o menden sorushur cavab verirem. Onu gorende ise ele olur bir anlıq gozumu chekmeden baxıram. Amma shehvetsiz. Arada heç bir haram olmadan. Yalnız sevgiden ireli gelen bir shey olaraq baxiram deyerdim. Hələlik evlenmeye imkanim yoxdu. Ona gore de sebr etmeli oluram.
Cavab: 

Aleykum salam. İslam şəriətinə görə evlənmək məqsədi ilə qadının məhrəminin iştirakı olmadan onunla görüşmək qadağandır. 

Pages