təbabət

Soyuqdəymə qorxusundan cinsi əlaqədə olmaqdan çəkinirəm

    09.04.2014
Sual: 
Salam aleykum. Men zövcemle cinsi elaqede ola bilmirem. Chunki chimen kimi ona soyuq deyir. Men ne edim? Bir meselehet vererdizde. Salam aleykum.
Cavab: 

Aleykum salam. Soyuqdəymə qorxusu ilə qüsldan və qüsla görə də cinsi əlaqədən çəkinmək lazım deyildir. Əgər qüsl almaq yoldaşınızın sağlamlığına zərər verirsə, təyəmmüm ala bilər. Xəstəliyin təhlükəsi sovuşduqda isə yenə qüsl ala bilər.  

Cadu haqqında

    01.04.2014
Sual: 
Salam aleykum. Menim sualim caduyla baglidir. İslamda cadu deyilen elm varmi? Yoxdursa, bes niye cadu edirler? Men gulun dibini deyishende manqalin dibinden xeyli duyun vurulmuş sap ve dua tapdim. Bu cadu deyilmi? Bunu ne etmek olar? Onu niye edibler nedir onun menasi, heç özümde bilmirem. Bunu eden ve etdiren Allahdan qorxmurmu? Onu mundarlamaq olarmi?
Cavab: 

Aleykum salam. İslam dini cadu elmini öyrənməyə, cadu ilə məşğul olmağa və cadu etdirməyə qarşı çıxır və bunların hamısını şirk və küfr kimi böyük günah hesab edir. Cadu ilə məşğul olanları isə kafir hesab edir.

Mən evdə tək olanda qorxuram

    30.03.2014
Sual: 
Salam aleykum. Men evde tek olanda qorxuram. Ele bil kimse meni chağirir. Qorxmaq gunahdirmi?
Cavab: 

Aleykum salam. Sizə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) buyurduğu zikr və dualardan istifadə etmək, səhər-axşam zikrlərini, Ayətul Kursi-ni hər namazdan sonra, gecə yatmazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq tövsiyə olunur.

Ölümcül xəstəliyə tutulan insanın yanında nə haqda danışmaq yaxşıdır?

    30.03.2014
Sual: 
Salam aleykum. Mənim bir qohumum var. Gəncdir. Xərçəng xəstəliyindən əziyyət çəkir. Bu yaxınlarda həkimlər dedilər ki, götürün aparın evə və ölümünü gözləyin. İndi istəyirik ki, gedib onu ailəmlə ziyarət edək. Belə insanın yanında din baxımından nədən danışmaq daha məsləhətdir? Xahiş edirem ki, geniş çəkildə cavab veresiz.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə xəstə ziyarətinə gedərkən xəstənin yanında yaxşı şeylər haqqında danışmaq lazımdır. Xəstənin yanında xəstəlik haqda çox danışmaq, pis sözlər söyləmək və qorxulu şeylər haqda danışmaq olmaz.

Münafiq nə deməkdir?

    26.03.2014
Sual: 
Salam aleykum. Munafiq sozunun menasi nedir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Münafiq sözünün mənası "iki üzlü"  deməkdir. Münafiq qəlbində, yəni daxilən haqqa inanmır, amma zahirdə, yəni üzdə özünü Uca Allaha inanan kimi göstərib ikiüzlülük edir. Qurani Kərimdə münafiqlər haqqında surə vardır.

Pages