təbabət

Müalicə səbəbi ilə bir müddət namaza fasilə vermək olarmı?

    23.03.2014
Sual: 
Salam aleykum. Bilmek isterdik ki, namaz qilan qadin15 gun qadin hekiminin yanina gederse tanpunla mualice alarsa ve eve geldikde namaz qilmalidirmi? Yoxsa 15 gun namaza ara vermelidir? Pnceden teshekkur edirem.
Cavab: 

Aleykum salam. Xəstə olarkən namazı dayandırmaq olmaz. Xəstə müalicə ala-ala bacardığı şəkildə namazları qılmalıdır. Qadın yalnız iki halda namazları tərk edə bilər. Heyz (aybaşı) və Nifas (doğuşdan sonra qırx gün ərzində axan qan) vaxtı.

Qadınların heyz olduqları zaman hansı əməlləri etməsi icazəlidir?

    12.03.2014
Sual: 
Salam aleykum. Heyz vaxtinda namaz, oruc, Quran oxumaq, dini kagizlara el vurmaq haramdir. Bes qadinlar heyz olduqlari vaxt ne etsinler? Dua oxumaqdan bashqa ne etmek olar? Birde bir sualda verim, heyz olan zaman internetde dini saytlara girdikdede bu bize haramdir? Ister istemez sensorlu telefonlarda el vururuq dualar yazilan yerlere?
Cavab: 

Aleykum salam. Bəli, düz deyirsiniz. Heyz (aybaşı) vaxtında namaz, qılmaq, oruc tutmaq, Quran oxumaq olmaz. Amma dini kağızlara əl vurmaq olar. Dini kitablar və internetden faydalı məlumatlar oxumaq, zikrlər və dua edə bilər və s.

Neçə həftəliyində abort etməyə icazə verilir?

    02.03.2014
Sual: 
Salam aleykum. Men hamileyem, amma ikinci övladim qusurlu geldiyinden chox heyacanliyam. Ona gore de uchuncu ushagi getire bilmerem. Bilmek isterdim ki, neche hefteliyene qeder ushagi gotuzdurmek olar? Bu islama gore gunah sayilirmi? Mene dediler ya 10 gun, ne qeder bu dogrudur? Zehmet deyilse menim sualima cavab verin.
Cavab: 
Aleykum salam. Siz çalışın ki, bu heyəcanı özünüzdən uzaqlaşdırasınız. Həmçinin, ikinci uşağın qüsurlu dünyaya gəlməsi növbəti uşaqların da qüsurlu doğulacağı demək deyildir. Uşaqları sağlam edən Allah Təaladır. Hətta qüsurlu olsa belə sizin o uşağı dünyaya gətirməyinizdə bir xeyir vardır.

Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?

    01.03.2014
Sual: 
Salam aleykum. Heyzli olduqda namaz qılmaq üçün neçə gün müddət var? Mənim xəstəliyim var və bu heyz halım uzun sürür. Ona görə də namaz qılmamışam. Ta ki təmizlənənə qədər. Buda 2 həftəyəcən çəkir.
Cavab: 

Və aleykum Salam. İstihazə qanı - heyz (aybaşı) və ya nifas (doğuşdan sonra qan gəlməsi) olmayan vaxtlarda, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. Heyzlə haram olan əməllərin heç biri istihazə ilə haram olmur.

Qolu yanan adam necə dəstəmaz almalıdır?

    27.02.2014
Sual: 
Salam aleykum. Sağ qolum yanıb, necə dəstəmaz almaq olar?
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda yanan yerə su vurmağa icazə verilmirsə, həmin yeri yaş əl ilə sürtmək olar. Yox, əgər sürtmək də sağlamlığa zərərlidirsə, onda həmin yerə toxunmadan dəstəmazı sona çatdırın. Ümumiyyətlə, dəstəmaz almaq çətinlik törədirsə, təyəmmüm ala bilərsiniz.

Pages