təbabət

Sübh namazına dura bilmədiyim üçün səhərə qədər oyaq qala bilərəmmi?

    13.11.2016
Sual: 
Salam aleykum,men bir sual vermek isteyirem.men subh namazina oyaq qalsam olar? qalxa bilmirem cunki .. cox saqolun
Cavab: 
Və aleykum Salam. Ümumən sübhə qədər oyaq qala bilərsiniz. Ancaq bunu davamlı şəkildə etmək həm çox çətin, həm də bir növ insanın özünə zülm etməsidir. Çünki, Uca Allah gecəni insan üçün istirahət vaxtı kimi yaradıb. Necə ki, Uca Allah buyurur: "Yuxunuzu da istirahət etdik.

Cərrah kişi qadınları əməliyyat edə və onlara ruqyə oxuya bilərmi?

    06.11.2016
Sual: 
Assalamu Aleykum. Bir neçə sualım olacaq 1. Mən Cərrah işləyirəm. Qadınları əməliyyat etmək düzgündürmü? 2. Naməhrəm qadınları ruqya edə bilərəmmi? 3. Mən islamdan əvvəl çox yalan danışan olmuşam. Islama gəldikdən sonra bu vərdiş halına çevrilib. Nə qədər yalan Quran oxuyuram. Səhər axşam zikrlerini edirem. Mescide tez tez gedirəm. Haramlardan uzaqlaşiram. Yene de yalanı tərgidə bilmirəm. Allaha həmd olsun başqa günahlardan çəkilmişəm. Bu haqqda mənə nəsihət verin. Növbəti sualım. Islamdan əvvəl bir neçə ayrı ayrı qızla danışmışam. Namaza başlayandan sonra tövbə etdim.
Cavab: 

Və aleykum Salam.
1. Zərurət hallarında qadınları əməliyyat etmək icazəlidir.
2. Birbaşa toxunmamaq və məhrəminin yanında olması şərtilə naməhrəm qadınlara ruqyə etmək olar. Dəsmal üzərindən əlinizi başınıza qoya bilərsiniz.

Boyunda yaranan dəri xəstəliyinə görə hicabı açmaq olarm?

    06.11.2016
Sual: 
salam menim 15 yasim var men hicabdayam iki ildiki menim boynumda hicab taxanan lekeler cixib ve bu leke uzume cixma etimali var mene hekim dediki hicabi acmaliyam boynum gun gormelidir bu gunahdi
Cavab: 

Və aleykum Salam. Bununla bağlı islam alimlərinin fətvalarından birində deyilir: "Bu hal tam zərurət həddinə çatmadıqca birbaşa həkimin məsləhətilə hicabı açmaq doğru deyil.

Qızdırmaya qarşı qabdakı suya Ayətul-kursi oxuyub içmək olarmı?

    01.11.2016
Sual: 
Salam.Mənə uzunmuddətli qızdırmaya qarşı dedilər ki ayətül kürsünü bir qaba yaz sonra onu yuyub suyun iç qızdırma sağalacaq bilmək istəyirəm dində belə bir mövzu var
Cavab: 

Və aleykum Salam. Qabın içərisinə dua yazıb oraya su töküb içmək yox, qaba su tökmək, sonra həmin suya Quran ayələrini oxuyaraq şəfa məqsədilə içmək icazəlidir, çünki Uca Allah Quranın möminlərə şəfa olmasını demişdir.

Yaddaş zəifliyi ilə necə mübarizə aparım?

    27.10.2016
Sual: 
əssəlamu aleykum va rahmətullahi va bərakətuhu. Allah sizləri xeyirlə mükafatlandırsın. əmin. 1. qardaş islamda ümumiyyətlə yaddaş zəifliyindən alimlərin fikrini bilmək istiyirəm. mənim yaddaşım çox zəifdi. ama əlhəmdulilləh quran ayələrini asanlıqla əzbərləyə bilirəm. amaki bu şərii məsələlərdə. nə qədər qulaq asıram oxuyuram yazıram amaki hər dəfə oxuyanda sanki 1ci dəfədi oxuyuram. bunun müalicəsi neyniyim mən? 2.gözlərin zəif görməsində savab varmı in şəə Allah? yəni uzağ çox zəif görülürsə buna sizcə savab var? həmdə əlhəmdulilləh çətinlik çəkilirsə yəni uzağdan insanları seçməklə.
Cavab: 

Və aleykumus-Salam va rahmətullahi va bərakətuhu.
1. Bu cavabı oxuyun: Zehni gücləndirmək üçün nə etmək lazımdır? 

Böyrək xəstəliyi olan necə dəstəmaz alıb namaz qılsın?

    17.10.2016
Sual: 
Salam sualim budur ki,menim bibim xestedir.Her yeri agriyir boyreyide.O ya namaz qilir ya qila bilmir.Hem agrilari olur,hem de su iwledende(namazada qusl,destemaz temizlik lazimdir) boyreyleri agriyir.indi ne elesin?gunah sayilirmi?
Cavab: 

Və aleykum Salam. Əgər bibiniz su ilə təmizlənəndə xəstəliyi artırsa, dəstəmazı və qüslu təyəmmümlə əvəz edə bilər. Ayaqyolunda isə isti su ilə təmizlənsin. Ayaq üstə namaz qıla bilmirsə, oturaraq namaz qılsın. Daha ətraflı: 

Peyğəmbərin epilepsiya xəstəliyi olması doğrudurmu?

    17.10.2016
Sual: 
Salam aleykum va rehmatullahi va barakatuh! Peygember s.a.s.in epilepsiya xestesi oldugu ve epilepsiya xesteliyinin cinli adamlarda oldugu dogrudurmu? Bir de bilmek isteyirdim suallari cavablandiran kimdir, zehmet olmasa, adi yazardiniz. Cezekallahu xayran
Cavab: 

Və aleykum Salam. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) epilepsiya xəstəsi olması şübhəsi cəfəngiyatdan və qeyri-müsəlmanların yaydığı şübhələrdən başqa bir şey deyil.

Çöpçüyə getmək olar?

    10.10.2016
Sual: 
Salam Aleykum necesiz sizce copcuye getmek olarmi InseAllah tez bir zamanda cavablandirarsiniz?
Cavab: 
Və aleykum Salam. Əgər çöpçü boğazında nə isə qalan insanla təmas edərək, əli ilə boğazı tutaraq üfürürsə, bu xalq təbabətindəndir. Bu kimi çöpçülərin yanına getmək olar. Lakin, heç bir təmas olmadan yalnız azca üfürərək çöp çıxaran çopçülərin yanına getmək məsləhət deyil.

Süd verən qadın orucu qəza etməlidirmi?

    22.09.2016
Sual: 
Salam aleykum. Əgər qadın hamilədirsə, bundan qabaqkı uşağı düşmüşdürsə və həkim bu uşağın da əvvəlki düşüb deyə bunun da düşmə ehtimalının çox olduğunu deyərsə, həkim qadına çox əyilib durmağı məsləhət bilmərsə o zaman o qadın namazı oturub qıla bilərmi? 2 Körpəsini süd verən qadın oruc və ya onun qəzasını tuta bilərmi? Bu zaman süd tamüm kəsilə bilər. Qəzanı növbəti ilə saxlamaq olarmı?
Cavab: 

Və aleykum Salam. 
1. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Şübhələrə görə hər dəfə ayaqyolunda yuyunmağa 20-25 dəqiqə sərf edirəm...

    23.08.2016
Sual: 
Salam,bu tipli suallar yazmisam size,siz vesvese deyirsiz ama bunlar menim basima heqiqeten gelir,cox uzr isteyirem men her defe bövl zamani sidik ayaqlarima toxunur ne qeder qorunmsamda,olmur.ustelik ayagin ic terefine toxundugu ucun tam yuya bilmirem,bu da azmis kimi elimle ozumu yuduqca menden az da olsa sidik ifraz olur eminem,yeni her defe20_25deq ayaqyolunda qaliram.yuyunuram tekrar gelir,ustelik ayaqlarima bulasir.hem cox su israf edirem hem de vaxtim gedir,o qeder namazdan soyumusamki cunki butun gunu esebi oluram bu sebebden.1sozle men tam pak ola bilmirem,bu qeder yuyunmaq pis tesr e
Cavab: 

Və aleykum Salam. Bir daha qeyd edirik ki, bu hal vəsvəsə ilə bağlıdır. Siz bir dəfə yuyunun və daha sonra nəyinsə gəlməyinə fikir verməyin, hətta namaz vaxtı bunu hiss etsəniz də.

Pages