təbabət

Ananın həyatına təhlükə olduqda, abort etdirmək günah sayılırmı?

    06.10.2017
Sual: 
Salam hamiləykən 7ayında həkimlər uşaqda qusurlar olduqunu dedilər uşaq götürlməsə ikimizə öləcəkdik uşaqdı götürdülər bunun günahı varmı
Cavab: 

Və aleykum Salam. Əgər ananın həyatına təhlükə varsa, uşağı götürmək günah deyil. Daha ətraflı: Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı? 

Üç dəfə dəstəmaz almaq haramdırmı?

    19.08.2017
Sual: 
Salam 3 defe destemaz almaq deyiller haramdi bes 2 defe meselen destamaz aldiq pozuldu yeniden ala bilerik ? Almasaq namazi nece qila bilerik
Cavab: 
Va aleykum Salam. Dəstəmazın neçə dəfə alınmasına heç bir məhdudiyyət yoxdur. Dəstəmazı xəstəlik səbəbilə tez-tez pozulan adam üzrlü sayılır və bir dəfə dəstəmaz alaraq pozulmasına fikir vermədən namazı qıla bilər. Həmçinin oxuyun:

Sidik damcıları dəyən paltarı dəyişmək lazımdırmı?

    11.08.2017
Sual: 
Salam aleykum zehmet olmasa seyerdiz destnamaz aldiqdan sonra sidiy qaliqlari cixirsa onda destnamazi tezelemeliyem ve sidiy dusen paltari deyismeliyem ??sadece qunde 5 defe namaz qiliriq ve her defe alt paltari deyismek olmur .............elecede namaz vaxdi olsa? ????
Cavab: 

Və aleykum Salam. Ayaqyoluna oturaraq getmək subaşına çıxmaq ədəblərindəndir. Bu, həm də sidikdən tam təmizlənməyə səbəb olur və sonra damcıların gəlməsi ehtimalını azaldır.

Tez-tez sidik damcıları gələn adam necə dəstəmaz alıb namaz qılmalıdır?

    14.07.2017
Sual: 
Salam aleykum.mende deatemaz alandan sora bir ve yaa iki damci sidy ifraz olur bu destamazi pozurmu.qeyd edimki bu namaz vaxtinda da gelir
Cavab: 
Va aleykum Salam. Dəstəmaz aldıqdan sonra və ya namaz əsnasında bu cür fikirlərin gəlməsi şeytanın ibadəti çətin göstərmək üçün etdiyi vəsvəsədir. Vəsvəsəyə fikir verdikdə daha da çoxalır. Ona görə də, ta əmin olmadıqca bu cür şeylərə fikir verməmək lazımdır.

Allahın mənə şəfa verməsi üçün necə dua edim?

    01.07.2017
Sual: 
Salam.Bagislayin sualima gore,Men fiziki qusurlu insanam,Amma hec bir vaxt Allaha usyan etmemisem,hemise sukur etmisem,hara ise muraciet ediremse mene is vermirler qusurum oldugu ucun,men Allaha namazin sonunda ne sekilde dua ede bilerem ki,menim xesteliyimi komek olsun,heddimi asmis kimi olmuyum,Men Allahdan nece mene komek etemsini isteye bilerem,Evvelceden tesekkur edirem
Cavab: 
Və aleykum Salam. Allah sizə kömək olsun! Namazın sonunda salamlardan qabaq istədiyiniz şəkildə dua edə bilərsiniz, həmçinin Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) etdiyi duaları etməniz daha yaxşıdır. Daha ətraflı:

Hər dəfə yel çıxadıqda həmin yeri yumaq vəsvəsəsini özümdən necə uzaqlaşdırım?

    19.05.2017
Sual: 
Assalamun aleykum va rahmatullah.suallar vermişdim sizə cavablari gelmeyib belke de 2 3 ay olar. Deməli bir sualda cavab olaraq yazmısınız ki rütubət olmazsa yel çıxarsa yuyunmağa ehtiyac yoxdur.Məndə bu.hal tez tez baş verir.bəzən həqiqətən Sulu hal çıxır bəzən də mənə elə gəlir ki rütubətdi .yəni hər dəfə namazdan əvvəl yuyuram.ancaq nəcis olmur.yəni təmiz ola ola yuyuram.Bəzən girirəm çıxıram yene girirəm çıxıram təkrar təkrar bu qaydaya görə.bu da xəstəliyə gətirib çıxarır.Bilirəm ki belə etməsəm yaxşılaşaram.
Cavab: 

Və aleykumus-Sələmu va rahmətullah. Bu artıq sizdə vəsvəsəyə çevrilib, vəsvəsəyə fikir verdikdə o daha da çoxalır.

Pages