təbabət

Su çiçəyi xəstəsinə tozla infeksiya düşdüyü üçün necə təyəmmüm alsın?

    25.04.2017
Sual: 
Salam.Su çiçeyi xesteliyine göre su ile destemaz ala bilmirem.amma teyemmümde edə bilmirəm.çunki xestelinden uzde suluq yaralar olur torpaq toz vursam infeksion xəstələrə yola aça bilerem.. xaiş edirem mene bir yol göstərin.. men namazımı dayandırmaq istemirəm
Cavab: 
Və aleykum Salam. Belə xəstəliklər zamanı üstü hamar daşın üzərində toz-torpaq olmadığı üçün onunla təyəmmüm edib namaz qılmaq lazımdır. Daş ilə təyəmmüm isə adi təyəmmüm qaydası kimidir. Daha ətraflı:

Əlil olduğuma görə həmişə dəstəmaz ala bilmirəm, nə edim?

    19.04.2017
Sual: 
Salam . men 1 ci qrup elilem namaz gilmag isteyirem amma mene ele bir werait yoxduki ozum destnamaz alim , ve yaxudda her hansi iwlerimi gorum evde adam olsada biliremki muveqqeyi kimse edecek sora bezexek davamli olmayacag.ozumde yaxshi geze bilmirem elil arabasinda oluram . boyuk bayra cixmagim her wey yerimde edirem uzanan .
Cavab: 

Və aleykum Salam. Dəstəmaz almaq mümkün olmayanda təyəmmüm alıb namazlarınıza davam edin. Allah sizə kömək olsun! Daha ətraflı:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Qırışlara qarşı botoksdan istifadə etmək olarmı?

    12.04.2017
Sual: 
Salam aleykum. Yaşa dolduqca qırışlar yaranır məndə..əvvəl yox..ama indi qırışlar məni narahat edir. Bu qırışları botoks vasitəsilə aradan götürmək icazəlidi..yoxsa haram sayılır?
Cavab: 

Və aleykum Salam. Yaşlandıqca insanın üzündə qırışların əmələ gəlməsi təbii haldır. Müsəlman bunu düzgün qarşılamalıdır və qırışlardan yaxa qurtarmaq üçün icazə verilməyən yollara əl atmamalıdır.

Təzyiqi aşağı salmaq üçün spirtli içkidən istifadə etmək olarmı?

    07.04.2017
Sual: 
Salam.Allah hamınızdan razı olsun.İzləyirəm sizi və çox lazımlı məsləhətlərinizdəm fayfalanıram. Mənim belə bir sualım var:Özüm namaz qılıram və Allaha bağlı bir insanam.Son vaxtlar məndə yüksək Arterial Təzyiq yaranıb.Neçə müddətdir ki,həkimləri gəzirəm,qəbul etmədiyim dərman qalmayıb,amma təzyiq yüksək olaraq qalır.Və həkimlər bu dərdə çarə tapa bilmir.Tanışlardan biri deyir ki 100 qram spirtli içki qəbul et düzələcək.Mən nə edim xahiş esirəm bir yol göstərin
Cavab: 

Və aleykum Salam. Müalicə məqsədilə içki içmək haramdır və həmçinin haramlarda şəfa yoxdur. Çalışın başqa dərmanlardan istifadə edin. Daha ətraflı:
Müalicə məqsədilə içki içmək haqqında

Ərimlə yaxınlıq etmək istəyim yoxdur, bu günahdırmı?

    07.04.2017
Sual: 
Menden asili olmayaraq yoldasimla yaxinliq isteyim yoxdur cox soyuqam Bu gunaha yazilirmi? Bunun bagislanmasi ucun nece dua etmeliyem?
Cavab: 
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Nəfsim əlində Olana and olsun ki, kişi qadını yatağına dəvət etdikdə o, imtina edərsə göydə Olan (Allah) əri ondan razı qalana qədər həmin qadına qəzəblənər".

Dəstəmaz aldıqdan sonra üzə dərman sürtmək olar?

    29.03.2017
Sual: 
Salam Aleykum. Mənim sualım belədir ki, men üzümdə olan müəyyən bir problemə görə dərman istifadə edirəm, dəstnamaz aldıqdan sonra hemin dermanı vurub Namaz qılmaq düzgündürmü?
Cavab: 
Və aleykum Salam. Dəstəmaz aldıqdan sonra dərmanı üzə sürtməyin namaza zərəri yoxdur. Siz belə halda namaz qıla bilərsiniz. Daha ətraflı:

Həftənin hansı günləri qan aldırmaq olmaz?

    29.03.2017
Sual: 
Salam. Zehmet olmasa deyin. Heftenin hansi gunleri hicama etmek olmaz ? Hicama qan olmaqla mualicedir.
Cavab: 

Və aleykum Salam. Üçüncü, beşinci, altıncı və bazar günləri qan aldırmaq bəyənilmir. Rəvayət edilir ki, Abdullah ibn Ömər (Allah onlardan razı olsun) bir gün belə demişdir: "Ey Nafi, qanım qaynayır, mənim üçün qan alan tap və imkan varsa, onu mənim üçün yoldaş seç.

Pages