təbabət

İnsan sidiyi ilə müalicə olunmaq olarmı?

    12.01.2017
Sual: 
Salam aleykum. Sizə verdiyim suala görə üzr istəyirəm. Sidikdən müalicəvi vasitə kimi istifadə etmək olarmı? Eşitdiyimə görə onu daxilə qəbul edənlər də var. Bu günahdır?
Cavab: 

Və aleykum Salam. İnsan sidiyi murdar sayılır və onu müalicə vasitəsi kimi daxilə qəbul etmək olmaz, lakin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərində dəvə sidiyini içərək müalicə kimi istifadə etmək rəvayət olunub.

Kişilərə qızıl haramdırsa, ağızdakı qızıl dişləri nə edək?

    12.01.2017
Sual: 
salam!Hər birinizə öz dərin təşəkkürümü bildirirəm*Allah sizdən razı olsun*Sizin bu saytınızdan istifadə etməklə səriyət qaydalarını gözəl bir şəkildə öyrənmək mümkün olur*SUAL 1 qızılın kişiyə haram oldugunu bu vaxta kimi bilməmişəm*Mənim bir neçə düzəltmə dişim var*Onlardan ikisi qızildır*İndi çox narahat oluram*Bilmirəm nə edim?SUAL2;Eşitmə aparatı qulaqda ola ola namaz qılmaq olarmı? ÇOX sag olun*ALLAH SİZDƏN RAZI OLSUN:
Cavab: 

Və aleykum Salam.

Xəstənin sağlam olanların arasına gəlməsi düzdürmü?

    12.01.2017
Sual: 
Xesteni saglam olanlarin yanina getirmek olarmi?
Cavab: 

Salam aleykum. Əgər xəstəlik keçicidirsə, qorunmaq məqsədilə həmin şəxs sağalana qədər ehtiyat etmək olar. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Xәstәni sağlam olanların arasına gәtirmәyin".

Xəstə insan özündə olmursa, namazları necə qılmalıdır?

    12.01.2017
Sual: 
Salam aleykum bu yaxinlarda Menim Anam insult kecirdiyine gore Ona sakitlesdirici dermanlar vurulurdu . Tez tez yuxuya getdiyine gore, anama Teyymun edib namaz gildira bilmedik . BU Mene cox maragli geldi . Umimiyyetle bilmek isdeyerdim BU kimi hallarda nece defe namaz gilmag ve nece rukaat namaz gilmag dinimize uygun olardi .? Hamisi olmasa da Hec olmasa bir gismini gilmag duzgun olardimi? Indiden tesekkurumu bildirirem .
Cavab: 
Və aleykum Salam. Xəstə olan dəstəmaz ala bilmirsə, təyəmmümlə namaz qılır. Həmçinin, əgər ağır xəstəlikdirsə, namazları səfərdə olduğu kimi üç vaxtda lakin qısaltmadan tam qılır. Xəstəliyə görə özündə olmayan insan ayılandan sonra qəzaya gedən namazları bacardığı qədər qılmalıdır.

Cinli insan intihar etsə, Cəhənnəmə düşürmü?

    08.12.2016
Sual: 
Salam aleykum. Eger namaz qilan bir insana cadu olunubsa ve o da ozunden biixtiyar ozune qesd edibse, o insan yene de cehenneme duwecek?
Cavab: 

Və aleykum Salam. Kimin Cəhənnəmə düşəcəyini yalnız Allah bilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 4380).

Müalicə məqsədilə körpəyə nanə arağı vermək olarmı?

    17.11.2016
Sual: 
Salam Aleykum bilik sahibleri.evvelki sualimi cavablandirdiginiz ucun tesekkur edirem.indi sualim yeni dogulmus korpem var.kopden hedsiz eziyyet cekir.nece kop dermani deyisdim razyana suyud suyu verirem masaj edirem komeyi olmur.bu gun mene meslehet bildiler nane aragindan bir damci suya qatib her yemekden sonra versem komek olacaq.sinamis adam deyib.nane aragi somaqon deyirler el arasinda.men onu vere bileremmi derman kimi.gunah qazanaram yoxsa sonucda araqdi.tez cavablandira bilseniz cox sevinerem.cunki korpe dogrudan cox eziyyet cekir narahatdi.tessekkur edirem
Cavab: 

Va aleykum Salam. Əgər dediyiniz məhlulun tərkibində çoxlu miqdarda spirt varsa, bunu müalicə vasitəsi kimi qəbul etmək olmaz. Daha ətraflı:
Müalicə məqsədilə içki içmək haqqında

Pages