Xəstəliyin keçməsindən ehtiyat edərək xəstə insandan uzaqlaşmaq olarmı?
Sual:
Salam aleykum. Bir kəs xəstə olan bir kimsə ilə təması kəsə bilərmi? Ona o xəstəliyin yoluxmamasını səbəb tutaraq. Bunu etmək düzgündürmü? (Qrip və s. xəstəliklər)
Cavab:
Va aleykum Salam. Əgər xəstəlik keçicidirsə, özünü qorumaq məqsədilə xəstədən bir müddət uzaqlaşmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cüzam xəstəliyindən şirdən qaçdığın kimi qaç". (əl-Buxari, 5707).