Pişiyə əl vuranda dəstəmaz pozulurmu?
Aleykum salam. Pişiyə görə nə dəstəmaz, nə də namaz pozulmur.
Aleykum salam. Pişiyə görə nə dəstəmaz, nə də namaz pozulmur.
Aleykum salam. Dəstəmaz əsnasında həmin yerin üzərinə əlinizi isladıb yüngülcə sürtün. Əgər bu da mümkün deyilsə, bacardığınız şəkildə dəstəmaz alın. Allah Təala buyurur: "...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286).
Salam aleykum. Yoldaşınızın qüsl almamasına görə sizə heç bir günah yazılmır və ibadətinizə də heç bir mənfi təsir göstərmir.
Aleykum salam. Biz bu sualı cavablandırmışdıq. Boynunuzda qüsl varsa, kitabdan və ya telefondan Quran oxuya bilmərsiniz. Siz mütləq qüsl alıb oxumalısınız.
Aleykum salam. Qüslsuz Quran oxumaq olmaz.
Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun. Maykada və ya hər hansı bir geyimdə dəstəmaz almaq olar. Təhəccüd namazı, yəni gecə namazı işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
Aleykum salam.
Aleykum salam. Soyuqdəymə qorxusu ilə qüsldan və qüsla görə də cinsi əlaqədən çəkinmək lazım deyildir. Əgər qüsl almaq yoldaşınızın sağlamlığına zərər verirsə, təyəmmüm ala bilər. Xəstəliyin təhlükəsi sovuşduqda isə yenə qüsl ala bilər.
Aleykum salam. Tükləri təmizləmək orucu pozmur. Oruc və onu pozan amillər haqqında daha ətraflı Ramazan orucu məqaləsindən oxuya bilərsiniz.