Əgər din asandırsa, niyə hər dəfə dəstəmaz aldıqda dırnaqdan lak silinməlidir?
Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan əvvəl silinməlidir. İslam dini asan dindir.