təmizlənmə

Ayətul-Kursini hər bir vaxt oxumaq olarmı?

    08.05.2014
Sual: 
Salam aleykum. Adam Ayetul Kursi duasini her bir vaxt oxuya biler, yoxsa ancaq temiz olanda oxumalidir? Demek olar ki, men her gun bu duani oxuyuram.
Cavab: 

Aleykum salam. Əzbərdən hər vaxt oxuya bilərsiniz. Quran kitabından isə yalnız qüslunuz olduqda oxuya bilərsiniz. Çünki Qurani Kərimə yalnız pak halda - üzərində qüsl olduqda toxunmağa icazə verilir.  

Cənabət halında təyəmmümlə oruc tutmaq olarmı?

    05.05.2014
Sual: 
Salam aleykum. Bir gün de olsa, teyemmumle oruc tutmaq olarmi? Eger olmazsa, bes peygember dovrunde cenabet quslu olanda nece oruc tutublar? O vaxt indiki kimi sherait olmayib axi. Ve yaxud su olmayanda ne etmek lazimdir? Xahiş edirem mene bu barede etrafli melumat vererdiniz. Suallarimizi cavablandirdiginiz uchun size derin teshekkur edirem. Ne yaxshi ki, bu sayt var. Allah sizden razi olsun! Ele olur ki, her gun chimmek olmur!
Cavab: 
Aleykum salam. Oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyildir. Cənabət halında oruc tutmaq olar. Xəstə olduqda və ya su tapmadıqda isə təyəmmüm etməyə icazə verilir. Uca Allah buyurur: "Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün.

Heyzli qadın məscidə gedə bilərmi?

    04.05.2014
Sual: 
Salam aleykum. Dayim rehmete gedib. Uchunu mescidde verecekler. Amma men aybashiyam (uzr istiyirem). Mene mescide getmek qadagandir ya yox? Chox sag olun!
Cavab: 

Aleykum salam. Məsciddə yas mərasimləri vermək olmaz. Çünki məscidlər Allaha ibadət etmək üçün inşa edilir. Şəriətimizə görə heyzli (aybaşı olan) qadına məscidə getmək olmaz.

Üç suala cavab

    03.05.2014
Sual: 
Assalamu aleykum eziz qardaşlar. Sizlere bir neche sual verecem. Önceden vereceyim suallarima gore chox uzr isteyirem. Amma menim uchun vacibdir. Cinsi elaqede olandan sonra qusl aldiqda, hemin eynimde olan paltarlari geyine bilerem, yoxsa yox? Yeni alt paltarindan basqa? Yoxsa teze paltarimi geyinmeliyem? İkinci sualim ise her namaz uchun azan vere bileremmi? Hetta gece namazi uchun? Birde namazda bagislanma duasi necedir? Teshekkurler!
Cavab: 

Aleykum salam.
1) Bəli, həmin paltarlarınızı geyinə bilərsiniz.
2) Hər bir fərz namazı üçün azan verməyiniz yaxşıdır. Azan yalnız fərz namazları üçün verilir. Gecə namazı və digər sünnət namazları üçün nə azan, nə də iqamə verilməz.

Qolum sındığı üçün dəstəmaz alıb səcdə edə bilmirəm. Mən nə etməliyəm?

    27.04.2014
Sual: 
Salam aleykum. Qolum sındığı üçün dəstəmaz alıb səcədəyə gedə bilmirəm. Mən nə etməliyəm? Öncədən təşəkkür edirəm.
Cavab: 

Aleykum salam. Bacardığınız şəkildə dəstəmaz alıb səcdə edin. Əgər ümumiyyətlə heç bacarmırsınızsa, onda təyəmmüm edin və sınmayan qolunuz üzərinə səcdə edin.

Pages