şübhələr

Ov itinin tutub gətirdiyi ov murdar sayılırmı?

    23.04.2021
Sual: 
Va aleykum Salam. Dinimiz iti yalnız üç məqsəddən biri üçün saxlamağı icazə verir: 1. Həyəti, bağı və s. qorumaq məqsədilə; 2. Ov məqsədilə; 3. Mal-qara otarmaq məqsədilə besh bu it gedib ovu agziyla getirede ov murdar sayilmiyacaqki????
Cavab: 

Və aleykum Salam. Qeyd edək ki, itin ağız suyu nəcis (murdar) sayılır və onun ağız suyu dəyən yeri birində torpaq (və ya yuyucu vasitə) istifadə etməklə yeddi dəfə yumaq lazımdır.

Vaciblə fərz arasında fərq varmı?

    23.04.2021
Sual: 
Salam qardaş necəsiz mən şairdən yararlanırlar Allah sizlərdən razı olsun qardaş mən fiqhi məsələləri hansı kitabdan öyrəndim yaxşı olar birde vaciblə farz arasında fərq varmı?
Cavab: 
Va aleykum Salam. Bəzi məzhəb alimləri fərzlə vacib arasında fərq olduğunu desələr də, əksər alimlərə görə vacib ilə fərz arasında heç bir fərq yoxdur. Həm fərz, həm də vacib əməlləri Allah üçün yerinə yetirənə savab yazılır, tərk edənə isə günah yazılır.

Din ilə əlaqəli işlərdən pul qazanmaq olarmı?

    06.04.2021
Sual: 
Salam Aleykum.dinden pul qazanmaq olarmi? Meselen dini saytdan ve s? Onceden tesekkurler
Cavab: 
Va aleykum Salam. Dinin yayılması və dəvətlə əlaqəli olan işlərdə əsas niyyət Allahın dinini insanlara olduğu kimi çatdırmaq və Allahın rizasını qazanmaq olmalıdır. Əgər bu işə görə sizə pul da təklif edirlərsə, o zaman bu pulu almaqda bir qəbahət yoxdur.

"Hamı Qurana tabe olsaydı, parçalanma olmazdı" fikri doğrudurmu?

    06.04.2021
Sual: 
Size Allahin selami olsun. Fikir verirem namazin esas sertleri butun firqelerde eynidir. Hamsinin rukusu, secdesi var, amma insanlar ozlerini dine gore deyil kecmisin insanlarina gore bolurler. Quranla gedilseydi hami bir firqeden olardi. Ana- Atanin komeke gele bilmeyeceyi bir gunde peygember, alim, imam-in komeye geleceyinimi dusunurler? Butun firqeler şirk icindedi? Axi firqelere bolunmeyin deyir Quranimiz.
Cavab: 
Salam aleykum. İslam ümmətinin firqələrə parçalanmasının səbəbi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sünnəsindən, qoyduğu yoldan və Quranı açıqlamasından uzaq düşmələridir.

Ailə qurmamaq günahdır, yoxsa məkruh?

    24.03.2021
Sual: 
Salam Aleykum. Bilmək istərdim ailə qurmamaq günahıdır yoxsa məkruhdur. Yani mən çox ağır xarakteri olan bir oğlanam Allah qarşıma özümə uyğun bir xanım çıxarmayıb. Ümumiyyətlə ailə qurmayıb həyatı elmə sərf etmək günahdır yoxsa məkruh. Təşəkkür edirəm
Cavab: 

Aleykum salam. Ailə qurmağın hikmətlərindən biri də insanın özünü haramdan (zinadan) qorumasıdır. Evlənməyin hökmü insandan insana dəyişir. Əgər evlənməyi tərk etmək insanın harama düşməsinə səbəbdirsə, bu halda evlənmək vacib olur.

Evlənə bilmədiyim üçün çətinlik çəkirəm, nə edim?

    24.03.2021
Sual: 
Əssəlamu Aleykum qardaşlar.Mən bir gəncəm 27 Yasin var əlhəmdülilləh evlənə bilmirəm nə qədər sinamişam nəsə hər dəfə problem çixib şək yoxdur ki xəta öz nəfsimdəndi evlənə bilməməyin ucbatindanda daima vəsvəsələr olur Allah qorusun həqiqətən çətindi bir müsəlman üçün bu zamanda evliliyi nə nəsihət edirsiz? Yəni sizdən nəsihət istəyirəm Allah rizasi üçün
Cavab: 
Va aleykum salam. Sizə münasib bir qız tapıb evlənənə qədər özünüzü haramdan qoruyun.

Hədislərin səhih olub-olmaması necə bilinir?

    24.03.2021
Sual: 
Assalamu aleykum Allah sizden razı olsun size bir nece sualım var 1)hedislerin sehih olub olmadığı hardan bilinir? 2)Buxaride olan Omer bin xattab(Allah ondan razı olsun)haqqında olan ve onu pisleleyen hedisler haqqında ne deye bilersiz? 3)sizin adınız nedir? 4)Azerbaycanda hedis kitabları varmı?varsa hardan tapa bilerem? Çox sağolun
Cavab: 
Və aleykum Salam.
1. Bu cavabları oxuyun:

Bir iş alınmadıqda yenə cəhd etmək, yoxsa "qismət deyil" deyərək çəkilmək lazımdır?

    26.02.2021
Sual: 
Salam.Biraz qəribə sual ola bilər. Mən müəllimlərin işə qəbulu imtahanına hazırlaşıram. 2 ildir universiteti bitirmişəm ibtidai sinif müəllimliyi üzrə. keçən il 48 yığdım . Bu il 53 və daimi işə qəbul ola bilmədim yalnız müqavilə. Sualım budur ki mənim yaxınlarım demək qismətin deyil boşver hazırlaşma kimi ifadələr söyləyirlər.Yəqin qismətində taleyində bu iş yoxdur deyirlər. ALLAHın acığına gedərmi qəbul olmadıqca yenə yenə çabalamağım? yəni qismət deyil deyib hazırlaşmayım mı ?
Cavab: 

Va aleykum Salam. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi".

Ömər yağış duasında Abbasın məqamı ilə təvəssül edib yoxsa duası ilə?

    26.02.2021
Sual: 
Salam aleykum qeyd edibsiz ki hormet keramet sahiblerine and verib nese istemek səhih hədislərdə buna aid heç bir göstəriş yoxdur. Ya siz heqiqeten oz kitablarinizdan bixebersiz yaxuda bile bile haqqi gizledib bu insanlari azginliga salirsiz men size indi oz kitablarinizda olan hedisleri qeyd edim oxuyun Səhih Buxaridə aşkar şəkildə deyilir: Mədinədə qıtlıq olan zaman, Ömər ibn Xəttab Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin məqamına təvəssül etməklə belə dua və yağış tələbi etdi: "İlahi! Biz Sənin Peyğəmbərinin məqamına təvəssül etdik, Sən bizə yağış göndərdin.
Cavab: 
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, hədisi düzgün tərcümə etməmisiniz. Hədisdə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Abbasın məqamı ilə deyil, duası ilə təvəssül etmişdir. Hədisdə məqam sözü işlənməyib.

Tanıdığım bir qadının ərinə xəyanət etdiyindən şübhələnirəm, nə edim?

    18.02.2021
Sual: 
Essamum eleykə Məni sualım Şüphə ilə bağlıdır. Bir qadın var və mənim onun öz ərinə xəyanət etdiyini düşünürəm və nə qədər çalışıramsa özümlə bacara bilmirəm şüphələrim məni rahat buraxmır nə etməliyəm bunu açığa çıxartmalıyam ya yox?
Cavab: 
Və aleykum Salam. Bir insanı zinada, xəyanətdə ittiham etmək çox ağır bir məsələdir. Bu cür ittihamlar şəkk-şübhə ilə sübut olunmur. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır.

Pages