şübhələr

Ölüm qorxusunun gəlməsi nədəndir?

    24.12.2019
Sual: 
Salam bir gun mene xestelik qorxusu geldi sora panike dusdum ne oldugunu bilmedim hek kime hekne demedim sora depresiyyaya dusdum indide olum qorxusu geldi dedim qorxmuram olumden sora Allaha kufrler geldi sora vesveseler geldi sora hiss etdim ki kimse menle icimde daniwir ne etmeliyem rukiye etdirmiwem.
Cavab: 

Va aleykumus-sələm. Sualda qeyd etdiyiniz narahatlıq şeytanın vəsvəsələridir. Belə vəsvəsələrə fikir verməmək və hər şeyi Allaha həvalə etmək lazımdır. Həmçinin, bu narahatlıq xəstəlik səbəbilə də olur. Çünki insan xəstələndikdə, orqanizmi zəifləyir və ölümü barədə narahatlıq keçirir.

Mömin bir insanın ziyana düşməsi onun günahlarına görədirmi?

    24.12.2019
Sual: 
Salam.Bir momin qardash var.butun namazlari qilar,oruc tutar.Ustune el achib gelene bacardigi qeder komek eder,qarshisina chixan dilenchini bosh buraxmaz.Her heftenin 1-4 gunu nafile oruc tutar,gunde en azi bir sehife Quran oxumamish yatmaz,geceler teheccud namazi qilar.Pis ishlerle mesgul olmaz.Texminen bir ay evvel qardashin bir problemi oldu,boyuk miqdarda ziyana dushdu.Isteyirdik bilek,neye gore ozunu dine hesr etmish adami Allah cezalandirdi?Yeqin pis ishleri olub ona gore?
Cavab: 

Va aleykumus-sələm. İnsanın başına gələn müsibətlər, bəlalar heç də onun pis əməl sahibi olması anlamına gəlmir. Çünki biz imtahan dünyasında yaşayırıq və bu dünyada müsibətlərin və imtahanların olması labüddür.

Təharətdə şübhə gəldiyinə görə hər dəfə ayağımı yuyuram, bundan necə xilas olum?

    28.10.2019
Sual: 
Salam Aleykum. Men her defe ayaqyolunda olanda ayagima sidik deydiyini dusunurem. Buna gorede namazdan evvel hemise ayigimi yuyuram buda sehetimde problem yaradir.2 her defe qüaul alanda neyise duzgun etmediyimi dusunub tekrar tekrar aliram
Cavab: 

Va aleykum salam. Əgər sidiyin ayağınıza bulaşdığına yəqin olmayaraq ancaq şübhə edirsiniz və bu hal hər dəfə sizdə davam edirsə, bu şübhə şeytanın vəsvəsəsidir. Şeytan bu yolla ibadəti sizə ağırlaşdırmaq və beləcə ibadətdən sizi yayındırmaq istəyir.

Gələcəyim barədə daima narahat oluram, bundan necə qurtula bilərəm?

    20.09.2019
Sual: 
Salam daimi narahatlq sixinti qorxu wupe pis fikirler icindeyem sevdiyim insanla tez zamanda ayle quracam ele bilremki xowbext ola bilmerem her sey pis geder heytmda buda pis fikirlermden ireli gelr gah yaxsi gahda pis duwunurem heyatm haqda meni cox narahat edir bunlardan nece qurtula bilerem?birdeki bu saydiqlarim weytanin mene vesvesesi ola biler?zehmet olmasa komek ederdiz mene
Cavab: 

Va aleykum salam. Qeyd etdiyiniz bu fikirlər Qədərə imanın zəifliyindən irəli gəlir. Allaha iman gətirən insan bilməlidir ki, gələcəkdə baş verəcək hadisələr Allahın əlindədir və biz hələ analarımızın bətnində olarkən gələcəyimiz artıq Allah tərəfindən təqdir olunmuş və yazılmışdır.

Həvəssiz qılınan namaz qəbul olunurmu?

    16.09.2019
Sual: 
Salam əleykum.Qəlbimə 6 yaşdan Allah barəsində çox pis fikirlər gəlir halbuki Allaha çox yaxın olmaq isdəyirəm bu fikirlər məni sıxır ağlımnan gedmir adi hala çevrilib.Birdə namaza həvəslə başlamışam artıq həvəsiz qılıram məcbur.Deyirlər ki həvəssiz qılınan namaz qəbul deyil bu suallara zəhmət olmasa cavap verərdiz
Cavab: 

Va aleykum Salam. Allahın yolunu tutmaq istəyən bir insanın ağlına Allah barədə pis düşüncələrin gəlməsi şeytandandır və bu sizin doğru yolda olmağınıza dəlalət edir. Şeytan bu yolla sizi şübhəyə salıb ümidinizi qırmaq istəyir.

Hədis kitablarında "Allah üçün alnını torpağa qoy" ifadəsi barədə nə deyə bilərsiniz?

    09.09.2019
Sual: 
Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), bu barede ne deye bilersiniz?
Cavab: 
Salam aleykum. Qeyd etdiyiniz mənbələrdə və digər hədis kitablarında belə bir hədis yoxdur. Hədislərdə yalnız yerə səcdə etmək əmr olunur. Yer dedikdə isə üzərində olduğumuz hər şey nəzərdə tutulur.

Hədisin səhih olmasını necə bilmək olar?

    31.08.2019
Sual: 
Salam Hardan bilirsiz ki hedisler dogrudur harda yazilir?
Cavab: 

Va aleykum salam. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan hədislərin səhih və ya zəif olmasını bilmək üçün hədisin mətni və sənədində çox çətin araşdırma aparmaq lazımdır. Bunu isə yalnız hədis elmini yaxşı bilən alimlər apara bilər.

Pages