ailə
Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?
Və aleykum Salam. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır". (əl-Bəqərə, 228). Ailədə həm kişi, həm də qadın bir-birinin haqlarını ödəməyə mükəlləfdirlər.
İstənilən molla kəbin kəsə bilərmi?
Aleykum salam. Ümumiyyətlə kəbini şəriətlə səlahiyyəti çatan şəxslər kəsməlidir. Məsələn; Dini idarə, məscid imamları, islamda elm sahəsində tanınmış və ona etimad olunan şəxslər və s. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Övladlarını atıb getmiş atanın onlar üzərində haqqı varmı?
Aleykum salam. Bu cavabı oxuyun: Ata övladlarını atıb gedibsə, onların üzərində haqqı varmı?
Valideynlərimin xəbəri olmadan xarici vətəndaşa ərə gedə bilərəmmi?
Aleykum salam. Valideynlərin xəbəri və razılığı olmadan ailə qurmaq qəti qadağandır.
Ərim oruc tutmağa mane olur, nə edim?
Aleykum salam. Bu cavabları oxuyun:
Cahil həyat yoldaşı dini yaşamağa mane olursa, nə etmək lazımdır?
İslama dəvət necə olmalıdır?
Ərimin pulu ilə valideynlərimə nəsə alanda qaynanamdan gizləyə bilərəmmi?
Aleykum salam. Əsas məsələ, ərinizin xəbərdar olması və razı olmasıdır. Fitnə çıxacağından qorxursunuzsa, qaynananızdan gizləyə bilərsiniz. Ərinizin malını qorumaq, onun icazəsi olmadan xərcləməmək isə üzərinizə düşən ən vacib vəzifələrdəndir.
Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?
Aleykum salam. Evlənməzdən qabaq uzun müddət bir-birini tanımaq ailənin möhkəm olması üçün şərt deyil. Neçə-neçə ailələr olmuşdur ki, tərəflər bir-birini uzun vaxt tanıdıqlarına baxmayaraq, evlənəndən qısa müddət sonra dağılmışdır.
Süni mayalanma yolu ilə uşağın cinsini seçmək icazəlidirmi?
Aleykum salam. Süni mayalanmaya yalnız təbii yolla hamiləlik mümkün olmayan hallarda icazə verilir. Daha ətraflı: Süni mayalanma haqqında
Hamiləlik dönəmində ərlə arvad yaxınlıq edə bilərmi?
Aleykum salam. Bu cavabı oxuyun: Qadın hamilə olarkən əri ilə cinsi əlaqəyə girə bilərmi?