ailə
Əmimin ölümündən sonra namaz qılmağı dayandırmışam...
Aleykum salam. Bu vəziyyət həm imanın, həm də dini məlumatların az olmasından qaynaqlanır. Allahın köməyi ilə aşağıdakı səhvləri aradan qaldıracağınıza ümid edirik:
Valideynlərimlə pis davranıram və bəzən namazları qılmıram, tövbə etsəm bağışlanaram?
Aleykum salam.
Vəfat etmiş atamın əvəzinə qəza namazlarını qılmaq istəyirəm...
Salam aleykum. Vəfat etmiş valideyn üçün qəza namazlarını qılmaq dində yoxdur. Amma Ramazandan qalmış qəza oruclarını tuta bilərsiniz, həmçinin onun əvəzinə həcc edə bilərsiniz.
Ərimlə aramızda bəzi dini məsələlərə görə mübahisələr yaranır...
Aleykum salam. Ərinizdən səbəbsiz yerə boşanma tələb etməniz qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar".
Elçi gəlməməsi cadu ilə əlaqədar ola bilərmi?
Aleykum salam. Xeyr, bu cadu ilə əlaqədar deyil. Namazlarda Allaha dua edin ki, sizə xeyirli həyat yoldaşı yetirsin.
Ata övladını atıb gedibsə, onun üzərində haqqı varmı?
Salam aleykum. Övladını atıb getmək böyük günahlardandır, amma bununla belə valideynin övlad üzərində haqları qalır. Daha ətraflı:
Ata-ananı incitməyin günahı
Uşağın əməliyyat vasitəsilə dünyaya gəlməsi icazəlidirmi?
Aleykum salam. Bu cavabları oxuyun:
Qeysəriyyə əməliyyatı etdirmək olarmı?
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər
Rus qadınla evlənə bilərəmmi?
Aleykum salam. Müsəlman kişi milliyətindən asılı olmayaraq, kitab əhlindən olan (xristian və yəhudi) namuslu və iffətli qadınlarla ailə qura bilər. Amma qadınla evlənmək üçün onun ailəsinin dağılmasına, əri ilə boşanmasına çalışmaq günahdır.
İnternetdə tanış olduğun şəxslə ailə qurmaq olarmı?
Aleykum salam. Ciddi zərurət olmadan naməhrəmlə internet, telefon kimi vasitələrlə və ya üzbəüz danışmaq günahdır. İndiyə qədər bunu etmisinizsə, tövbə edin, daha sonra kişi qadına baxsın, xoşuna gəldiyi halda elçi göndərsin. Həmçinin oxuyun: