Qadının atasının izni olmadan nikah bağlamaq doğrudurmu?
Aleykum salam. Kəbinin düzgün sayılması üçün qızın atasının icazəsinin olması mütləqdir.
Aleykum salam. Kəbinin düzgün sayılması üçün qızın atasının icazəsinin olması mütləqdir.
Aleykum salam. Övlad itkisi nə qədər ağır olsa da, Uca Allah bu itkiyə səbir edib mükafatını Ondan umana verdiyi mükafatı da bir o qədər böyükdür. Mömin insan bilməlidir ki, biz imtahan dünyasında yaşayırıq və bu dünyada imtahan olunmağımız qaçılmazdır.
Aleykum salam. Sözsüz ki, bu sizin üçün bir imtahandır. Bilin ki, Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir.
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, əgər bəd dua haqsız yerə edilibsə, bu bəd dua Allah tərəfindən qəbul olunmur və buna görə narahatçılıq keçirməyin. Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil.
Aleykum salam. Kəbin kəsdirərkən qız və oğlanın razılığından sonra əsas olan qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) izni və iki şahidin kəbində iştirakıdır. Qızın kəbində iştirak etməsi şərt deyil.
Əssələmu aleykum. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Çünki valideynlər övladın dünyaya gəlməsinə səbəb olmuşlar.
Aleykum salam. Tövbə günah işlərdən edilir. Tövbə - günahı tərk edib peşman olmaq və Allahın yoluna qayıtmaqdır. Bir kişiyə kəbini olan bir qadından uzaq durması üçün tövbə etdirmək düzgün sayılmır. Əgər kişi ilə qadın arasında kəbin varsa, onlar artıq ər-arvad sayılırlar.
Aleykum salam. Evlənmək niyyətində olan kişi şahidlərin iştirakı ilə qadına hicabsız baxa bilər. Lakin bu, könüllü olduğuna görə qadın bunu etməkdən imtina edə bilər. Bu məsələdə kişinin evlənmək niyyətinin ciddi olmasına diqqət yetirmək lazımdır.
Salam aleykum. Ümumiyyətlə yaxşı olar ki, ailədə baş verən problemlər ailənin daxilində həll olunsun.
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimizdə siğə deyilən bir nikah növü yoxdur. Siğənin haramlığı barədə bu cavabı oxuyun: Nəyə görə siğə etmək olmaz?