Bakirə olmayan qadınla ailəsindən xəbərsiz nikah bağlamaq olarmı?
Salam aleykum. Qadının bakirə olub-olmamasından asılı olmayaraq vəlisinin (ata, qardaş, baba, əmi və s.) xəbəri olmadan kəsilən kəbin batildir. Belə ki, kəbinin düzgün sayılması üçün qadın tərəfdən vəli, iki şahid və kişi iştirak etməlidir.