ailə
Qohumumun haram məclisinə getməməyə görə ailə münasibətim pozulursa, nə etməliyəm?
Aleykum salam. İçki və musiqi olan məclislərdə iştirak etmək günahdır. Bu işdən tövbə etməkdə düz iş tutmusunuz. Uca Allahdan sizi əfv etməsini və bu dində sabit etməsini diləyirik!
Kəbini necə geri oxudurlar?
Aleykum salam. Dinimizə görə kəbini geri oxutmaq anlayışı yoxdur. Kəbinin pozulması, yəni boşanma ərin öz zövcəsinə "səni boşadım" və ya bu mənada olan sözlər deməsi ilə baş verir. Dinimizə görə kəbin yalnız ərin razılığı ilə pozula bilər.
Qız ərə gedərkən gələcək həyat yoldaşına keçmişdə etdiyi günahları danışmalıdırmı?
Və aleykum salam. Günah etdikdən sonra tövbə edən şəxs, etdiyi günahları gizlətməlidir və etdiyi günahı kiməsə danışması icazəli deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa.
Boşanmaq günahdırmı?
Aleykum salam. Uca Allah boşanmanı bir-biri ilə yola getməyən, birlikdə yaşamaları mümkün olmayan və bir yerdə qalmaları daha böyük fəsada səbəb olan cütlüklər üçün çıxış yolu olaraq təyin etmişdir. Dinimiz boşanma ixtiyarını ərə vermişdir.
Ərimlə yola getmirik, nə edə bilərəm?
Dövlət nikahının pozulması şəriətə görə boşanma sayılırmı?
Ərim namaz qılmırsa, onunla yaşamağım doğrudurmu?
Bibioğlu ilə dayıqızı evlənə bilərmi?
Va aleykumus-sələm. Bibioğlu ilə dayıqızı bir-biri üçün məhrəm sayılmadığına görə evlənə bilərlər.
Kişi öz həyat yoldaşı ilə istənilən vəziyyətdə cinsi əlaqədə ola bilərmi?
Əssələmu aleykum. Kişi öz həyat yoldaşı ilə analdan olmamaq şərti ilə buyurulan yerdən istədiyi vəziyyətdə cinsi əlaqədə ola bilər. Uca Allah buyurur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın" (əl-Bəqərə, 223).