ailə

Xoşuma gələn oğlanın bizə elçi gəlməsi üçün necə dua edim?

    06.05.2019
Sual: 
Allahin salami olsun. Men eslinde dindar xanimam. Yeqi ushaqliqdan Allahi taniyib zikr edirem. Amma din haqqinda tam emin olmadigim meseleler de var. Demek, mene elchi gelmisdi az evvel, men oglani tanimadigim ucun razi olmadim, yox dedim. Sonra ailem menden incidi, indi men raziyam, oglanla da gorduk bir-birimizi, indi de onlar mene elchi gelmir. Cox narahatam, ailem de ,men de. Hansi duani edim, ne edim?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir dua yoxdur. Uca Allaha öz sözlərinizlə əgər xeyirlidirsə, həmin adamın sizə elçi gəlməsi üçün dua edə bilərsiniz və ümumən Allahdan xeyirli həyat yoldaşı istəyə bilərsiniz.

Qadının ərinin ailəsi ona məxsus olan qızılları sata bilərmi?

    28.04.2019
Sual: 
Qiza ata anasinin aldiqlari qizili erinin ailesi satarsa ya alarsa buna haqqi varmi?
Cavab: 

Salam aleykum. İnsanın icazəsi və könüllü razılığı olmadan heç kimin onun şəxsi malını satmasına və mənimsəməsinə ixtiyarı yoxdur. Mehr də həmçinin belədir. Mehr, qadının kişi üzərində olan haqqı və onun şəxsi mülküdür.

Arvadı hicab bağlamayan kişi dəyyus sayılırmı?

    28.04.2019
Sual: 
As'Salamu Aleykum, zovcesi hicabsiz olan kes deyyus sayilir mi? Umumiyyetle deyyus kimlerdir?
Cavab: 

Və aleykum Salam. Ağlı başında olan və həddi-büluğa çatmış müsəlman qadının hicab bağlamaması böyük günah olsa da, bu, həmin qadının atası, qardaşı və ya ərinin dəyyus olması demək deyil, çünki dəyyus ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan bir kəsə deyilir.

Övladım olmadığı üçün ərim və ailəsi məni alçaldaraq təhqir edirlər...

    27.03.2019
Sual: 
Ovladim olmur deye yoldasim ve ailesi terefinnen cox alcaliram.yarimcig bele deyibler.calisiram sebr edem.yoldasim dindar adamdi.ozu meni bosamir.amma elinnen gelen zulmu edir ki ,em bowanim erzemi yazim.bele halda neynemeliyem.? Sebrim de qalmayib.peygemberimiz deyib ovlad sahibi ola biken qadinlarla evlenin. Menim ovladim olmur deye mene qarwi olunan zulm gunah deyil? Ve meni ovladim olmadigina gore bowamag olar?
Cavab: 
Salam aleykum. Ailə qurmaqda əsas məqsədlərdən biri övlad sahibi olmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları çoxlu övlad sahibi olmağa təşviq edərək belə demişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin.

Sevgilim mənə görə andını pozub, onun başına müsibət gəlməməsi üçün nə edim?

    13.03.2019
Sual: 
Sevgilim.mene gore andini pozub andini pozdugu ucun ona nese olmasn deye men ne ede bilerem
Cavab: 
Salam aleykum. Sevgi yalnız ailə qurmaq niyyəti ilə olmalıdır. Ailə qurmaq məqsədilə olmayan sevgi insanı həlakedici günah olan zinaya və Cəhənnəm əzabına apara bilər.

Nişanlım mənə əsəbi halda "səni boşayıram" dedi, biz boşanmış sayılırıqmı?

    04.03.2019
Sual: 
Salam aleykum.Biz nisanliyiq.Aramizda kebin var.Nisanlim bir nece defe meni eseblesdirmek,qorxutmaq ve hedelemek niyyeti ile "ana men bu qizi bosayacam" ,"senden ayriliram"kimi ifadeler isledib.Ve sonuncu defe biz telefonda dalasanda o mene "talaq" dedi.Bu hadiselerden sonra ona olan niyyetim ve hisslerim deyisib.Ve sorusanda da nisanlim dedi ki "seni eseblesdirmek ucun demisem,ustelik men de esebi idim.Esebi olaraq verilen talaq talaqdan sayilmir,ve niyyetim seni bosamaq olmayib".Amma menim icimde subhe qalib.Bu birinci talaq sayilirmi?
Cavab: 
Və aleykum Salam. Əvvəla boşanma məsələsinə məsuliyyətsiz, səhlənkar yanaşmaq olmaz və istər qadın, istərsə də kişi boşanma məsələsinə ciddi yanaşmalıdır.

Ac olanda əsəbiləşmək günahdırmı?

    01.03.2019
Sual: 
Salam 1Ayetul küsu neye göre her yerde ferqli yazilir?2Mən mahniya qulaq asmaq istəmirəm ama ailem televizorda musiqili verlislərə baxir istər istəməz məndə eşdirem bu mənə gunahmidir?3mənim bacım qosulub öz sevdiyi oğlana gedib öz də cox yaxin qonsumuza 2ildi 1usagi var atam barismir nə etsəkdə deyirki mən ölsem onu qoymuyun ama mende anamda qohumlarda onunla gizli danişiriq sizcə düzmu edırik? ama onuda deyimki o oglanin anasi 4ildirki bunlarin bir birini isteməsinə ramən elçi gələyib indi ozünu haqli sayir nəyse biz isteyirki atam barısin bele dua varmi?
Cavab: 
Və aleykum Salam.

Su ilə təmizlənməyə imkan olmadıqda, nə edim?

    01.03.2019
Sual: 
Salam mən ayaqyoluna gedəndə yuyuna bilmirəm. Gəlib elə heylədə namaz qılıram. Çünki şəraitimiz yoxdur. Suda buz kimidir. Qorxuram ki böyrəyim soyuqlayar gələcəkdə xəstə olaram. Belə olan halda mən neyləyim? Günahdır belə olması? 2 anam mənnən pis davranır mənə təhqir edici sözlər deyir bütün davranışları məni əsəbləşdirir cavab verməsəm ürəyim partdıyır mənim haqqımda haqsız danışır 1 ay dediyi sözlərə dözüm tay dözə bilmirəm cavab verməsəm ürəyim xəstədir ürəyim ağrıyır dediyi sözlər də axlaqsız sözlərdi bəs mən nə edim?
Cavab: 
Və aleykum Salam.

Pages