ailə

Qadının kəbində iştirak etməsi şərtdirmi?

    27.08.2019
Sual: 
Salam.Mən yenicə ailə qurmuşam.Kəbinimizi kəsiblər.Amma mənim iştirakım olmadan.Razılığımı bildirmişəm .sadəcə özüm iştirak etmədim .belə olduqda kəbin batildi?
Cavab: 

Va aleykum salam. Kəbinin doğru sayılması üçün qadının vəlisinin (ata, qardaş, baba, əmi və s.) icazəsi və iki şahidin iştirakı olmalıdır. Hətta qadının razılığı olsa belə vəlisinin izni olmasa, kəbin doğru sayılmaz.

Anam sevdiyim oğlanla evlənməyə razı deyilsə, nə etməliyəm?

    21.08.2019
Sual: 
Men birini sevirem hemde cox oda meni sevir qohumdu ciddi dusunuruk ama anam ve bir coxu razi deil kasib deye men buna gore anamla yaxsi deilem her defe aglayaraq dua edirem birbirimize nesib olag deye Allah duami qebul edermi?hansi duani edim o menim alin yazim olsun deye? xais edirem sizde bizim birbirimizin alinyazisi olmagimiz ucun dua edin indiden Allah razi olsun
Cavab: 
Salam aleykum. Hər şeydən əvvəl bilməlisiniz ki, atdığınız hər bir addım Allahın qoyduğu hüdudlardan kənara çıxmamalıdır. Buna riayət etsəniz, gələcək həyatınızda peşman olmayacaqsınız. Bu həm ailə qurmaq, həm də həyatın digər məsələlərinə aiddir.

Namazı ailəmdən gizli qıla bilərəmmi?

    17.08.2019
Sual: 
Salam namaz qılmaq istəyirəm atam izin vermir ama mən ailəmdən gizli qılmaq istəyirəm ama namaz qılmagı bılmirəm nə olar mənə yazı ilə basa salın birdə mən namaz qılanda qorxuram atam otaga girərsə yarimçıq dura bilərəmi?yoxsa nə edim?mən namaz qılanda atam çagırıb nə istəsə ona cavab verə bilərəmi?çox qorxuram bunu bacara bilməyəcəyimdən nə edim? namaz uçun heç bir lavamzimatım yoxdu məsələn hicabim adi sali baglayıb qılmaq olarmı?təmız polda qila bılərəmi?
Cavab: 

Va aleykum salam. Dəstəmaz almağı və namaz qılmağı hazırladığımız bu videoya baxaraq öyrənə bilərsiniz: Namazın qılınma qaydası - VİDEO

Bir qadına, onunla evlənəcəyinə dair söz verdikdən sonra ondan dönmək olarmı?

    16.08.2019
Sual: 
Salam.bir müselman qadına evlenecem deyib,ümid verib,onun bu mövzuda tam güvenini qazanib sora yarı yolda qoymaq olarmi?eger buna tutarli sebeb varsa?bir de buna göre hallaliq almaq lazimdirmi??
Cavab: 
Və aleykum Salam. Əvvəla qeyd edək ki, İslamda sevgi yalnız evlilik niyyətilə olmalıdır. Arada nikah, evlilik niyyəti olmadan naməhrəmlərin sevgi adı ilə bir-biriləri əlaqə saxlaması günahdır və bu cür sevgi əlaqələrinə tövbə edilərək son qoyulmalıdır.

Atam namaz qılmağa qoymursa, namazımı dayandırmalıyam?

    14.08.2019
Sual: 
Salam 17 yaşım var namaz qıldım ve atam buna qarşı çıxdı qeyd edimki bu hal 1 il bundan qabaqda baş vermişdi ve men 1 gün qıldıqdan sonra namazı dayandırmışdım ve yenede bu hal baş verdi men ne etmelyem?namazımı qılmalıyam ya dayandırmalıyam?önceden teşekkürler..
Cavab: 
Va Aleykum salam. Hər şeydən əvvəl Allahdan diləyirik ki, sizi Öz dinində sabit etsin və valideynlərinizin qəlbinə ibadət sevgisini salsın! Allaha asilik olmayan işlərdə valideynlərə itaət etmək vacibdir. Valideynin həddi-büluğa çatmış övladının namaz qılmasına mane olması böyük günahdır.

Niyə Allah bəlaları mənə göndərir, yalvardıqda isə duam qəbul olmur?

    14.08.2019
Sual: 
Salam. Menim hec bir ishim duz getirmir. Allah meni cox cetinliklere saldi. Ne qeder yalvariram, el acib komek dileyirem olmur. Namaz da qiliram, halal yolla yetim balami saxlayiram ( men hamile olanda yoldashim qezada oldu). Amma menim, balamin haqqini yeyenlerin her ishi yag kimi gedir. Daha ne edeceyimi bilmirem. Niye problemler, belalar gelende Allah mene verir, amma bu geder komek istetirem, yalvariram yerine yetmir? Pis nefsleri, naleleri uzerimden nece goturum? Cavaba gore evvelceden tesekkurler!
Cavab: 
 Va aleykum Salam. Hər şeydən əvvəl Allahdan sizə işlərinizin asanlaşdırılmasını, başınıza gələn müsibətə görə sizə savab yazmasını və itirdiyinizdən daha xeyirlisi ilə əvəz etməsini diləyirik. Yaşadığımız bu dünya imtahan dünyasıdır və Uca Allah Öz hikməti ilə hər bir qulunu imtahan edir.

Xoşuna gələn qadına yaxınlaşıb evlilik təklif etmək və ya ona söz göndərmək olarmı?

    30.07.2019
Sual: 
Əssələmu Aleykum xoşladiğin bir qadina yaxinlaşib ona söz deməy və yaxud söz göndərməy dogrudur yəni fitnə yaratmadan?
Cavab: 
Və aleykum Salam. Əgər məqsəd ailə qurmaqdırsa, bu zaman qadının vəlilərinə (atasına, qardaşına, əmisinə və s.) müraciət etmək lazımdır.

Pages