ailə

Ərim anamla tez-tez görüşməyi mənə qadağan edə bilərmi?

    24.08.2016
Sual: 
salam aleykum sualim beledirki erin haqqi varki mene desin ki anananla tez tez daniwma ve yaxutdaki anana deki seni gormeye ayda 1 defe gelsin cox tez tez gelmesin birdeki buna men qerar verirem yoxsa erim ? anamla goruwmeyime qariwa biler ereim?
Cavab: 

Və aleykum salam. Əgər valideynlərinizlə görüşmək fitnəyə səbəb olmursa və onlar sizin ailə işlərinizə qarışmırlarsa, bu halda ərinizin onlarla tez-tez görüşməyi qadağan etməsi düzgün deyil. Məgər onun öz qızına bu cür qadağan etsəydilər onun xoşuna gələrdimi?

Qadın hicab geyinməyərək ərinə itaətsizlik edirsə, nə etmək lazımdır?

    21.08.2016
Sual: 
Assalam aleykum ve rahmetullah. Qadin hicab taxmamaqda erine itaetsizlik edirse bu veziyyetde ne etmek olar? Assalam aleykum
Cavab: 
Və aleykum Salam və rahmətullah. Siz səbirlə həyat yoldaşınızı dəvət edin. Əvvəlcə özünüz İslamı gözəl şəkildə yaşayaraq ona nümunə olun, həmçinin onun mömin bacılarla görüşdürün və imanını artırmasına, elm almasına şərait yaradın. Evdə Quran, səhih hədislər oxuyun və dərslərə qulaq asın.

Yeni ailə quranlar namazı müvəqqəti dayandıra bilərlərmi?

    21.08.2016
Sual: 
Yenə ailə həyatı quran qadının namazın və vaxtan qıla bilər
Cavab: 

Salam aleykum. İstənilən halda, həmçinin ailə qurmaq səbəbi ilə namaza fasilə vermək ən böyük günahlardandır. Uca Allah hər bir vəziyyətdə asan yol göstərmişdir. Qüsl ala bilməyən təyəmmüm alıb namaz qılır. Ayaq üstə dura bilməyən oturaraq, onu da bacarmayan uzanaraq namaz qıla bilər.

Ailə qurandan sonra görüşüb əl-ələ tutmağın günahı bağışlanırmı?

    19.08.2016
Sual: 
Salam sevgililer bir biriyle goruwursen baw bawa qalirsa ele ele tutursa bu gunahdimi ? Ve gunahdisa olar ayle qurduqda allahin izniyle olarin nikahdan evvelki gunahlari bagislanirmi ? Cox sagolun
Cavab: 

Aleykum salam. Kəbin olmadan görüşmək, təklikdə qalmaq və ya əl-ələ tutmaq günahdır, ailə qurduqdan sonra bu günahlar bağışlanmır. Günahlar yalnız peşman olaraq səmimi tövbə etdikdən sonra bağışlanır. Tövbəni pozduqda yenidən tövbə etmək lazımdır. Daha ətraflı:

Kəbin kəsiləndə qızın atasının mütləq xəbəri olmalıdır?

    19.08.2016
Sual: 
kebin kesilende qizin atasinin mutlaq xabari olmalidi,yoxsa olmasa da olar?
Cavab: 

Salam aleykum. Bəli, qızın atası onun vəlisi sayılır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" .

Ailə üzvüm haqqını mənə halal etmədiyi üçün onun çörəyini yeməkdən imtina edə bilərəmmi?

    13.08.2016
Sual: 
Haqqimi halal etmirem deyildiyine gore hemin insanin coreyini yememek gunahdirmi?hemin insan aile uzvumdur.
Cavab: 

Salam aleykum. Ailə üzvü dedikdə atanızı və ya ərinizi nəzərdə tutursunuzsa, onların hər ikisinə qarşı itaətsizlik etmək ən böyük günahlardandır. Atanız və ya əriniz hansı məsələyə görə sizə qəzəblənərək haqqını halal etməyibsə, o məsələdə onunla xoş davranıb razı salmağa çalışmaq lazımdır.

Namaz qılmayanın kəbində vəli ola bilməməsi doğrudurmu?

    25.07.2016
Sual: 
Assalamu aleykum ve rehmetullahi ve bereketuh.. menim atam dunyasini deyisib... deyirlerki kebinide namaz qilan veli razilig vermelidi.... bizim nesilde namaz qilan yoxdu.. yeni emiden dayidaan... bu zaman velilik kime kecir.. lakin bizim kebinimizi imam veli olaraq kesib... bu dogrudurmu?? Lakin anamin xeberi yoxdur...ALLAH razi olsun
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu. Alimlər Quran və səhih hədislərdən dəlillər əsasında Azərbaycan əhalisinin müsəlman olduğunu demişlər. Yalnız təkfirçi, xəvaric və digər dini radikallar heç bir qeyd-şərtsiz, hüccət qaldırılmadan namaz qılmayana kafir adı verirlər.

Pages