ailə

Kəbin ola-ola ayrılsaq, o kəbin etibarlılığını itirir?

    04.06.2016
Sual: 
Salam əleyküm adım Üzeyirdir.Mən 3il bundan əvvəl bir xanımla nişanlanmişdım.Nişandan sonra qızın atasının istəyi və iştirakıyla dini kəbin kəsdirdik.Elə həmin vaxt qaynatam özü kəbin kağizini mənə verdi ki səndə qalsın.Elə oldu ki bizim rəsmi nigahımız olmamiş xirda söz söhbətlərə görə qiz tərəfi nişanı qaytardı amma kəbin hec kimin yadına düşmədi.Bilmək istəyirəm bizim kəbin geri oxunmalidir ya yox ?Mən xanıma mehir verməliyəm ? Qız tərəfinin ciddi əsas olmadan bu cür hərəkət etməyə haqqı varmı ?
Cavab: 
Və aleykum Salam. Əgər valideynlərin qarşılıqlı razılığı ilə ayrılmısınızsa, siz boşanmış sayılırsınız, yəni kəbininiz qüvvədən düşür. Həmçinin, kəbin kəsiləndən sonra kişi ilə qadın arasında cinsi yaxınlıq olubsa, qeyd edilmiş mehr qadına verilməlidir.

Anam nişanıma narazıdırsa, nə etməliyəm?

    04.06.2016
Sual: 
Salam.Size sualim var.Üzür isteyirem men nişanlıyam öz istediyim insanla.anam ise bu işe narazidi ve elinden geleni edir ki bu iş alınmasin.Atam ise narazi deyil.Anamla nece edim bilmirem hetta onunla aile qursam haqqini halal etmeyeceyini deyir.Menim fikrim qetidi geri çekilmeyecem.Menim fikrimce insanin heyatina heç kim qarışa bilmez.Bilmek isteyirem dinimizde bu haqda ne deyilir?
Cavab: 
Və aleykum Salam. Əsas atanın razılığıdır. Amma siz çalışın ananızın da razılığını ala biləsiniz. Həmçinin, baxmaq lazımdır ki, ana nəyə görə narazılıq edir. Narazılığın səbəbi ciddi deyilsə, burada atanın razılığı kifayət edir.

Ölən uşağın paltarlarını yandırmaq düzgündürmü?

    01.06.2016
Sual: 
salam. menim dayim oglu bu yaxinlarda vəfat edib.bizim üçün çox çətin bir aci oldu.ən çox nənəm yaralndi.uşagin anasina isə o qədər də təsiri olmadi.uşagin 40-i çixmadan onun paltarlarini yandirdi. mənfikirləşirəm ki ölünün paltarlariniyandirmaq onu o dünyada yandirmaq kimidir............ sizcə ........
Cavab: 
Və aleykum Salam. Allah ona rəhmət eləsin. Ölən insanın paltarlarının yandırılmasının ona zərəri yoxdur. Lakin, bu paltarları yandırmaq yox, imkansızlara paylamaq daha yaxşı olar. Həmçinin, ölən insanın qırxıncı gününü sayıb həmin gün məclis təşkil etmək dinimizdə yoxdur.

Ərim məni çox qısqandığı və döydüyü üçün axirətdə cəzasını alacaqmı?

    01.06.2016
Sual: 
salam. mən 15 ildir ki evliyəm və 15-dən bu günə qədər ərim məniqisqanir.qisqanir amma sadə qisqancliq deyil.həyatimi məhv edir.oz qardaşi uşaqlarindan belə qisqanir.ancaq deyir ki toylara gedəndə mənim yanimdan bir addim da uzaqlasma.hər savaşmada döyülürəm.artiq bezmişəm.amma uşaqlarim üçün dayaniram. sualim isə irimin etdiklərinin o dünyada cəzasi olacaq mi..........
Cavab: 
Və aleykum Salam. Haqqı tapdalanmış hər kəs Qiyamət günü ona zülm edəndən öz haqqını alacaq. Bu cavabları oxuyun:
Qul haqqı barədə

Ərimin cadu olunduğunu ehtimal edirəm, nə edim?

    01.06.2016
Sual: 
Salam yoldaşım meni aldadır Meni söyür döyür boşanmaq isteyirem Boşanmır ama evel bele deyildi1ilin içinde bele deyişildi mene herslenmeye bele qıymayan indi mene el qaldırır cadu edildiyine şüpe edirem sizce ona cadur edilip?
Cavab: 
Və aleykum Salam. Əgər cadu olunmaq ehtimalı varsa, ona Quran ayələrini dinlətdirin. Daha ətraflı: Cadudan necə qorunmaq olar?

Ərim zənglərimə cavab vermir, ondan necə boşana bilərəm?

    01.06.2016
Sual: 
salam bu menim ikinci kebinimdi birinci yoldasim rehmete gedib ikinci yoldasimla iki ildir taniwig bu vaxt erzinde 5 hamileliyim oldu her seferinde behane getirdi ozu ailelidi taniw olanda bilmirdim bi ilden sonra bildim dedim eybi yox insandi cunki yoldasi ile munasibeti yoxdu menimde bir qizim var men indi onla kebinimi pozmag isteyirem bunu nece ede bilerem ozu dediki bu usagi istemirem men artig basa dusurem ki bu insan sadece menle vaxt kecirdib amma taniw oldugmuzda bele demirdi defelerce ayilmag istemiwem ayrilmayib indide zengime cavab vermir ki icazesin alim zehmet olmasa mene bir yo
Cavab: 
Və aleykum Salam. Əgər arada boşanma haqda razılıq olmayıbsa ərinizin böyükləri ilə razılaşıb məsələni həll etməyə çalışın. Daha ətraflı:
Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?

Uşağım körpə olduğuna görə namazı tərk etmişəm, bu günahdır?

    30.05.2016
Sual: 
Men yeni ana olmuwam.Uwagim korpedi 1ay 15 gunluk.Namazimi catdirib qila bilmirem.Namazi mecburen dayandirmiwam.Ama ozumu narahat hiss edirem.Korpe cagasi olan analarin namazi nece qilmasina dair 1 fikriniz varmi?

Əgər kişi kəbini geriyə oxutdurubsa, qadın da kəbini geriyə oxutdurmalıdır?

    30.05.2016
Sual: 
Qadin kebini geri oxutmaqu vacibdir?eger kishi geri oxudubsa qadininda oxutmaqi vacibdir?
Cavab: 
Salam aleykum. Kəbini geri oxutmurlar. Sadəcə ər arvadı boşayanda kəbin qüvvədən düşür. Qadının əlavə bir şey etməsinə ehtiyac yoxdur. Daha ətraflı: Aşağıdakılardan hansı hallarda kəbin pozulmuş sayılır?

Dünyasını dəyişən övladımı Cənnətdə görə bilərəm?

    30.05.2016
Sual: 
Salam menim 2 yasinda oglum dunyasin deyisib men cennetde onu gore bileremmi? indiden cavab ucun cox sagolun
Cavab: 

Və aleykum Salam. Körpə Cənnətə gedir. Siz öz körpənizlə Cənnətdə bir-birinizə qovuşmaq istəyirsinizsə, Allaha şərik qoşmayın, vacib əmrləri yerinə yetirin və haramlardan çəkinin. Ətraflı cavab üçün oxuyun:

Pages