ailə

Qadının ərini öpməsi, yaxud ona toxunması dəstəmazı pozurmu?

    13.11.2016
Sual: 
Salamu eleykum Evli bir xanim destemaz aldiqdan sonra heyat yoldasina ve ya ona mehrem olan bir insana toxunarsa onu operse desdamaz pozularmi?birde qadindan onden cixan yel desdamaz pozarmi.Allah razi olsun .
Cavab: 

Və aleykum Salam. Aişə (Allah ondan razı olsun) demişdiir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) onu öpdü və dəstəmaz almadı". (Əbu Dəvud, 178; İmam Əhməd, 25767). Daha ətraflı:
Dəstəmazı pozan amillər

Atam məni məscidə getməyə qoymadığına görə evi tərk edə bilərəmmi?

    13.11.2016
Sual: 
As Salam Aleykum Ve Rahmatullahi Ve Berakatuh Evde Atam Cox Sixir Mecide Qoymur Namaza Getmeye Qoymur Vurur edir Evi Hicret Ede Bilerem?
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu. Valideynin sizi məscidə qoymaması başa düşüləndir. Çünki, valideynlər elə bilirlər ki, məscidə getsən pis insanlara qoşulacaqsan. Günümüzdə baş verən hadisələr valideynlərimizi bu addımı atmağa vadar edir.

Sevdiyim qızın atası və qardaşı cahildilərsə, o qızla necə kəbin kəsim?

    11.11.2016
Sual: 
salam men bir qizi seviremse eger onun atasi qardasi(himayedarlari) cahildirse onunla nece kebin baglayib evlenmek olar?
Cavab: 

Və aleykum Salam. Cahil olmaq hələ İslam dairəsindən çıxmaq demək deyil və onlar sizin sevdiyiniz qızın qanuni vəliləri - himayədarları sayılırlar. Ona görə də, onlardan halallıq alınmalıdır. Daha ətraflı:

Atam məni incitdiyinə görə onunla mübahisə edirəmsə, halallıq almalıyam?

    11.11.2016
Sual: 
Salam.Əvvəlcə sualıma görə üzr istəyirəm.Bu sualı əvvəldə vermişdim ama tam şəkildə yazmamışdım.Atamla anamın 1 uşağı olub.Ondan sora anam 2-ci uşağa hamilə qalanda atam zornan abort elətdirib.Sora anam mənə hamilə qalanda mənidə abort elətmək istəyib ama anam zor güc ilə eləmiyib.Atamda indi mənə qarşı çox haqsızlıqlar eləyir,ürəyimi çox sındırır.O dərəcədə pis rəftar eləyirki artıq ona qarşı tənmiz soyumuşam.Özümü çox saxlayıram ama dözməyib hərdən onunla dalaşıram.Mənə elə söxlər deyirki...Mən indi bu cür atadan da halallıq almalıyam?
Cavab: 

Və aleykum Salam. Atanız sizin haqqınıza girirsə, buna görə günah qazanır. Qiyamət günü hər kəs ona zülm edəndən öz haqqını alacaq. Amma siz günah qazanmamaq üçün onunla mübahisə etməyin və Allah üçün, savabını Allahdan istəyərək səbirli olun. Daha ətraflı:

Ərim bizi atıb xaricə gedib, ondan necə boşanım?

    11.11.2016
Sual: 
Salam,yoldawim iki ilden artiqdir ki cixib gedib,burda olanda daim dava salib,xeyanet edirdi,bize indi ne zeng vurur ne de maddi yardim edir.isteyirem kebinimi pozduram,amma onunla elaqe qurub soruwa bilmirem,cunki mutleq tehqir edecek,deyirdi ki men cixib gedenden sonra sen pis yola duweceksen.Kiwi nece qadinini tehqir ede?
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun: Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?

Övladın valideynə qulaq asmaması cadudan ola bilərmi?

    11.11.2016
Sual: 
Salam aleyku men ailendeki oroblemlerden yazacm size evvel narmal yawayirduq indi ise ailede uwaq valdeyne qulaq asmir ve iwlediklerin eve vermirki ozlerine gun aqlasinlar Bu cadudan ireli gelir ya nece? Yalvariram kommeklik edin bizue.
Cavab: 

Və aleykum Salam. Hər şeyi cadu ilə əlaqələndirmək düzgün deyil. Övladın valideynə qulaq asmaması onu özbaşına nəzarətsiz buraxmaq, uşağın pis insanlarla yoldaşlıq etməsi, valideynlərin uşaqla maraqlanmadığına görə onun öz fikirlərinə daha çox diqqət edən digər adamlara yönəlməsi və s.

Yad kişinin qadını öpməsi zina sayılırmı?

    06.11.2016
Sual: 
Salam aleykum.Mənim sualım bir az mürəkkəbdir....ərim mənə fikir vermir mənə baxmır...aylarca mənə toxunmur..günlərlə evə gəlmir....mən boşanmaq qərara qəldim.bir kişi ilə danışmağa başladım..və o məni qucağlayıb öpdü....bunu ərimdən gözləyirdim.həmin kişi mənə cinsi əlagədə olmağı təklif etdi..təklifi rədd etdim..hətdə məni öpəyinə də peşmanam...bu zina sayılır?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah zina­dan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır.

Kiçik yaşlı dayı uşaqları qadına naməhrəm sayılırlarmı?

    01.11.2016
Sual: 
Salam.menim iki denən dayım oğlu var.Mirzənin 2 yaşı Həzrətin isə 7 yaşı var biz bir evdə qalırıq bacı qardaş kimiyik men onları çok sevirəm onlarla bacı qardaş kimi görüşə bilərəm.çok şirindilər.önədən çox sağ olun.
Cavab: 

Və aleykum Salam. Həddi-buluğa çatmamış oğlan uşaqları ilə əllə görüşməkdə günah yoxdur. Lakin, onlar böyüdükdə sizə naməhrəm sayılacaqlar, ona görə də həddi-bülüğ yaşına yaxınlaşanda onlarla görüşməkdən yavaş-yavaş çəkinin.

Pages