ailə

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

    08.07.2017
Sual: 
Sala.m men evli olub bosanmis kimi bir xanimam ve sevdiyim insan var onla olmaq isteyurem amma tezeleikce Qurani kerim kitabini oxuyuram sizce men onla yaxindan temas qursam gunah sayilarmi.
Cavab: 
Va aleykum Salam. Boşanmış və ya subay qadın sevdiyi insanla yalnız vəlisinin (himayədarının -- atası, qardaşı, əmisi və s.) razılığı və şahidlərin iştirakı ilə kəbin kəsilərək ailə qurduqdan sonra bir-birinə halal olurlar, əks halda onların arasındakı yaxınlıq Cəhənnəm əzabına aparan zinadır.

Ailəli qadını başqa bir kişi sevir və əl çəkmirsə, nə etsin?

    08.07.2017
Sual: 
Salam menim ərim var ancax mrni işdiyen birisi var əl çekmir mənəm imkanı bitdi menimde xoşma gelir ama yatmaxa risk etmirəm men nara bilerem
Cavab: 
Va aleykum Salam. Ailədən kənar cinsi münasibət zinadır. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.

Sevgilimlə mübahisə edəndə onu söyməyim günahdırmı?

    29.06.2017
Sual: 
Salam men sevgilmle dalasanda soyurem bu gunahdirmi
Cavab: 

Və aleykum Salam. Söyüş söymək müsəlmana yaraşmayan haldır, üstəlik başqasının haqqına girərək günah qazanırsınız. Bunu edən peşman olaraq tövbə etməli, bu əməldən çəkinməli və söydüyü adamdan halallıq almalıdır. Həmçinin, kəbini olmayan qızla oğlanın zərurət olmadan danışması günahdır.

Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

    23.06.2017
Sual: 
Salam.Men 6 ildir ki yoldawimnan ayrilmiwam,lakin bizim kebin helede pozulmayib.bir nece yerde oxumuwam ki eyer ayrilma haqqinda soz sobet olanda qadinla kiwi arasinda bowanma sozleri kecirse ve tehkirani sozler deyilirse kiwi terefden ondada pozulur.cox xahis edirem mene bir yol gosteresiz meslehet veresiz.birdeki men ozum indi gedib geri oxutdura bilerem kebini???
Cavab: 

Və aleykum Salam. Şəriətdə "kəbini geri oxutdurmaq" anlayışı yoxdur. Əsas məsələ, kişinin sizinlə ayrılmaqda razılığının olmasıdır. Əgər yoldaşınız sizə "boşayıram" sözünü deyibsə və yaxud qarşılıqlı razılıqla boşanmışınızsa, artıq boşanmış sayılırsınız. Bu halda kəbin qüvvədən düşür.

Valideynlərimiz məni sevdiyim oğlanla evlənməyə qoymurlar, bu günahdırmı?

    23.06.2017
Sual: 
Salam menim ailem sevgidiyim insanla ailem qurmagima razi deyil sevdiyim oglaninda ailesi razi deyil bizde ailemizin sozunnen cixa bilmirik bes gunah deyilmi bizi ayirmaq?bes biz bir-birimizi severek bawqalari ile aile qursaq gunah olamazmi?
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm valideynin qızını zorla evləndirməsini, həm də qızın öz valideynin icazəsi olmadan evlənməsini qadağan etmişdir, bunların hər ikisi günahdır.

Ramazanda oruc olmayanın yaxınlıq etməsinə görə kəffarə varmı?

    17.06.2017
Sual: 
Salam. Kecen il orucluqda gece melum olduki seher sefere cixacam.seher sefere cixmamiwdan orucumu pozdum. Nahar eledim sorada uzr istiyirem yoldawimla yaxinliq etdim. Qezasin tutdum ama bilmey isterdim keffare gelib boynuma ya yox. Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Üzrlü səbəbə görə oruc olmayanın Ramazan ayının gündüzlərində zövcəsi ilə yaxınlıq etməsi icazəlidir və heç bir kəffarəyə ehtiyac yoxdur. Həmçinin oxuyun: Orucu pozan amillər hansılardır? 

Boşandıqdan sonra kəbini geri oxutdurmaq lazımdırmı?

    09.06.2017
Sual: 
Salam Aleykum. Mənim bir sualım var. Mən ailəli olmuşam və anlaşılmamazlıqdan yollarımızı ayırmışıq. Amma kəbin kağızımız yoxa çıxıb. Belə bir məlumatım var ki, kəbin kağızı geri oxunmadıqca ər və arvad ayrılmış sayılmır. Bu vəziyyətdə biz ayrılmış sayılmırıq? Və necə bu kəbini poza bilərik? Bunuda bildirim ki, yaxında nişanlanacağım birisi var və keçmiş kəbinimin pozulmasında israrçıdır və keçmiş yoldaşımla heç cür bir araya gəlib kəbni pozdurmağıma icazə vermir. Məncə haqqlıdır Sizin məsləhətiniz nədir?
Cavab: 

Və aleykum Salam. "Kəbini geri oxutdurmaq" deyilən bir qayda yoxdur. Siz qarşılıqlı şəkildə razılaşaraq boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır və siz boşanmış sayılırsınız.

Pages