axirət

Hicabda cəlb edən rənglər hansılardır? Kişi öz ailəsinə görə sorğu-sual olunacaqmı? və s. suallar...

    15.06.2016
Sual: 
Salam.1Hicabda cəlb edən rənglər hansılardır?Ancaq sarı və qırmızı rəngdi.2Eşitmişəm ki,axirətdə kişi öz ailəsinə görədə hesab verəcək bu düzdü?3Bilirəm ki,dəstəmazda buruna su çəkmək lazımdı.Buruna su çəkməkdən qorxuramsa onu etməyə bilərəm?4Mənini rənginə görə necə fərqləndirmək olar?5İslamda dörd arvad olar.Bəs niyə peyğəmbərlərin çoxlu arvadları olub?6Namazda əlləri açıb dua etmək olmaz.Bəs namazı bitirdikdən sonra səcdə vəziyyətində dua etmək olar?7Mənim müəllimim əhli sünnə məzhəbindəndi.Bilirəm məzhəb seçmək olmaz.Hərdən dinlə baxlı suallar verirəm.Məndə müəllimin dediyi sözlərə əməl ed
Cavab: 

Və aleykum Salam.
1. Hicabda cəlb edən rənglər cəmiyyətdən cəmiyyətə fərqlənir. Elə cəmiyyət ola bilər ki, tam qara geyinmək diqqəti daha çox cəlb etsin. Həmçinin, elə cəmiyyət ola bilər ki, rəngli hicablar geyinmək diqqəti daha çox cəlb etsin. 

Abort etdirdiyimə görə Allahdan bağışlanma diləmək olarmı?

    08.06.2016
Sual: 
Biliramki abort gunahdi. Namaz qilan ucun daha gunahdi.axi men neylayim.3-ovladim var.daha besumdi.abortdan sinra namazda gunahimin bagislanmasini istasam bu duzgundirmi?
Cavab: 
Salam aleykum. Elə bir günah yoxdur ki, o günaha görə Allaha səmimi qəlbdən tövbə edilsin, lakin Allah bu günahı bağışlamasın. Ona görə siz tövbə edin və bir daha belə günaha düşməmək üçün müəyyən tədbirlər görün. Daha ətraflı: 

Ərim məni çox qısqandığı və döydüyü üçün axirətdə cəzasını alacaqmı?

    01.06.2016
Sual: 
salam. mən 15 ildir ki evliyəm və 15-dən bu günə qədər ərim məniqisqanir.qisqanir amma sadə qisqancliq deyil.həyatimi məhv edir.oz qardaşi uşaqlarindan belə qisqanir.ancaq deyir ki toylara gedəndə mənim yanimdan bir addim da uzaqlasma.hər savaşmada döyülürəm.artiq bezmişəm.amma uşaqlarim üçün dayaniram. sualim isə irimin etdiklərinin o dünyada cəzasi olacaq mi..........
Cavab: 
Və aleykum Salam. Haqqı tapdalanmış hər kəs Qiyamət günü ona zülm edəndən öz haqqını alacaq. Bu cavabları oxuyun:
Qul haqqı barədə

Tənbəllikdən namazı tərk etmək istəyirəm...

    01.06.2016
Sual: 
salam eleykum men namaz qiliram tenbelikden terk elemek istiyirem tenbelik mende niye olur?
Cavab: 
Və aleykum Salam. Namazı tərk eləmək insanı həlaka aparır. Tənbəllik şeytandandır və sizə tənbəllik vəsvəsəsi verir. Bu da imanınızın zəifləməsindən irəli gəlir, çünki insanın imanı zəifləyəndə şeytan ona vəsvəsə vermək üçün daha çox yol tapa bilir.

Dünyasını dəyişmiş sələm verən insanın bağışlanması üçün nə etmək olar?

    30.05.2016
Sual: 
Salam. Menim bir yaxin insanim. Xesteidi ve bu iyne dermanlarina pul tapmaq ucunde faize pul verirdi. Faiz puluda ehtiyac ucbatindan verir.cunki hansisa iwde iwleyecek bir cani gucu olmadgi ucun Kimese pul verir aldgi puldan derman iyne alirdi.yeni ki faizi vardan imkannan yox sadece imkansizdiqdan etmiwdi. Indi hemin insan rehmete gedib .ama bezi adamlarda pulu qalib olarda vermirler. Sizden xaiwim bu iwin gunahi ne derecededi ve ALLAH terefinden bagislanmasi ucun ne ede bilerem??? Onuda nezere alinki bu insan cox yaxwi eli aciq sufresi aciq hamiya eltutan xeyirxaq insan olub hemiwe...
Cavab: 
Və aleykum Salam. Sələm yemək ən böyük günahlardan sayılır.

Gündə üç dəfə namaz qılmaq günahdır?

    30.05.2016
Sual: 
salamu elekum gunde 3 defe namaz qilmq gunahdi yoxsa yoxx subde 2 ruket gunorta 8ruket axsam ise 7 ruket qiliram sizce bu duzgundur menceduzgundur
Cavab: 
Və aleykum Salam. Namaz gün ərzində Allah tərəfindən bütün müsəlmanlara beş vaxtda vacib edilib. Bu namazların hər birinin öz vaxtı var.
Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

Dünyasını dəyişən övladımı Cənnətdə görə bilərəm?

    30.05.2016
Sual: 
Salam menim 2 yasinda oglum dunyasin deyisib men cennetde onu gore bileremmi? indiden cavab ucun cox sagolun
Cavab: 

Və aleykum Salam. Körpə Cənnətə gedir. Siz öz körpənizlə Cənnətdə bir-birinizə qovuşmaq istəyirsinizsə, Allaha şərik qoşmayın, vacib əmrləri yerinə yetirin və haramlardan çəkinin. Ətraflı cavab üçün oxuyun:

Dünyada ər-arvad olanlar Cənnətdə də ər-arvad olacaqlar?

    30.05.2016
Sual: 
Maraqlandığım bir sual verəcəm sizə.Paylaşılan sözləri oxuyuram deyilirki -Hurilər Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır-Bəs həyatda ərin arvadı necə olacaq? yəni onlar yenə Cənnətdə ər və arvad olmayacaqlarmı?
Cavab: 
Salam aleykum. Qadının əri də Cənnətə düşübsə onunla birlikdə olacaq. Əks halda möminlərdən biri ilə evləndiriləcək. Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar".

Atamın doğru yola gəlməsi üçün nə edə bilərəm?

    27.05.2016
Sual: 
atam yaxsi insandir. ama heyifki cavan yaslarindan ickiye qumara oyrenib. indi tergide bilmir. men isteyiremki o qebr ezabi cekmesin . men onun ucun dua edim yoxsa ne ede bileremki onun gunahlari bagislansin. evvelceden tesekkurler
Cavab: 
Salam aleykum. Hər kəs özü üçün əməl etməlidir. Uca Allah buyurur: "Hər kəs qazandığının girovudur". (ət-Tur, 21). Siz atanızın doğru yola gəlməsi üçün dua edin. Bununla yanaşı onu İslama dəvət edin.

Pages