axirət

Dünyada ər-arvad olanlar Cənnətdə də ər-arvad olacaqlar?

    30.05.2016
Sual: 
Maraqlandığım bir sual verəcəm sizə.Paylaşılan sözləri oxuyuram deyilirki -Hurilər Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır-Bəs həyatda ərin arvadı necə olacaq? yəni onlar yenə Cənnətdə ər və arvad olmayacaqlarmı?
Cavab: 
Salam aleykum. Qadının əri də Cənnətə düşübsə onunla birlikdə olacaq. Əks halda möminlərdən biri ilə evləndiriləcək. Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar".

Atamın doğru yola gəlməsi üçün nə edə bilərəm?

    27.05.2016
Sual: 
atam yaxsi insandir. ama heyifki cavan yaslarindan ickiye qumara oyrenib. indi tergide bilmir. men isteyiremki o qebr ezabi cekmesin . men onun ucun dua edim yoxsa ne ede bileremki onun gunahlari bagislansin. evvelceden tesekkurler
Cavab: 
Salam aleykum. Hər kəs özü üçün əməl etməlidir. Uca Allah buyurur: "Hər kəs qazandığının girovudur". (ət-Tur, 21). Siz atanızın doğru yola gəlməsi üçün dua edin. Bununla yanaşı onu İslama dəvət edin.

Hədislər necə yazılıb?

    26.05.2016
Sual: 
əssələmu aleykum va rahmətullahi va bərakətuhu Rəbbim biz musəlmanlari faudalı emlə faydalandırsın. 1. bilmək istiyərdim hədislər necə yazilib. yəniki elə hədis alimləri var hicrətdən 100 - 150 il sonra dogulub bu mənə maraqlıdır necə olub belə biliblər? 2. ilk hədis yazan tabiinlərdən kim olub? bir başa səhabələrdən nəql edən və kitab halina gətirən. 3.Allah razı olsun sözünü bir birmizə demək məsləhətlidi? yoxsa ancaq səhabələrə demək bəyənilir. 4.
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.
1. Sizi hədis alimlərinin 100-150 sonra yaşamaları çaşdırmasın. Onlar sadəcə müxtəlif səhabələrdə və tabiinlərdə olan hədisləri bir yerə toplayaraq iri həcmli kitab hazırlamışlar.

Allah bizi niyə yaradıb, dünyada pislik olmasa olmazdımı?

    25.05.2016
Sual: 
Salam Aleykum.mən bir məsələdə çox narahatam əslində özüm namaz qılıram calışıram yaxşı insan olum gunahlardan cəkinirəm.ama bir sual məni həmişə düsündürür.bizi Allah yaratmasaydi nece olardi bizə lazim deyildi axi bu dunya və axirət bizi kukla kimi oynatma ucunmu yaratdi görəsən cənabı haqq?Allah bizdən ona ibadet etmeyi isdeyirse olmazdımı ki heç pislik olmazdi sadece imanli insanlar olardi Allaha ibadet ederdi?şeytana qiyamətə kimi möhlət verməzdi hami dostluq və barış icində yasayardi.xahiş edirem məni bu düsüncelerden xilas edin.çox əziyyət çəkirəm bu düsünceler mənə əzab verir günaha sa
Cavab: 
Və aleykum Salam. Sizin dediyiniz şeylər -- əbədi xoşbəxtlik, heç bir kin-küdurətin olmaması və s. Cənnətin yaşayışıdır. Dünya həyatı isə Cənnəti qazanmaq üçün sınaq meydanıdır -- burada insanlar kukla kimi idarə edilmirlər, öz iradələri və seçimləri ilə hərəkət edirlər.

Sizin saytınızdan narazıyam...

    22.05.2016
Sual: 
Bu sayt hec xosuma gelmedi)cunki burda aciq aciq wieleri tehqir edirsiz wieler Allaha wirk qatmir eger qatan insan varsa o kafirdir)wieler ve sunniler qardasdir mence cox sehv edirsiniz bele hereketlerle)bu insanlari ayri salmaqi niye isteyirsiz?burda cox suallara cvb oxumusam coxsundada ehli beyti pisleyirsiz) menim eger ibadetim namazim duzgun olmassa men nece ile bele deyismezdim)mene edeb gelmezdi Allaha esq oyanmazdi)gubahlardan bu qeder cekinmezdim) bu sehveni beyenmirem artiq cunki 1 aydan artiqdirki sualima cvb gelmeyib mene lazim olan ve ehli beyt haqda yazdiqlariniz ucun)sagilun bu
Cavab: 

Salam aleykum. Xahiş edirik, əgər hansısa sualda Əhli-Beyti pisləmişiksə və ya hansısa firqəni təhqir etmişiksə, həmin sualın linkini bizə göndərin. Bu sualı və cavabı göndərə bilməyəcəksinizsə, böhtan atmış olursunuz.

Qəbir əzabı necə olur?

    19.05.2016
Sual: 
Salam. Bir sualim var. Qebir ezabi nece gun olur? Qebir ezabi nece olur? Birde olumden cox qorxuram, her an elebiliremki sabah ya bursugun olecem qebr ezabi cekecem. Cox qorxuram olmekden.
Cavab: 
Və aleykum Salam. Qəbir əzabı hər adama olmur. Bu əzab kafirlərə və günahkar müsəlmanlara olur. Onun neçə gün olmasını isə demək mümkün deyil. Bu müddət Qiyamətə qədər davam edə bilər. Həmçinin, qəbir əzabı müxtəlif günahlara görə müxtəlif cür ola bilər. Daha ətraflı:

Dualarımın qəbul olması sınaqdırmı və ölümə tələsmək olarmı?

    18.05.2016
Sual: 
salam aleykum 22yasim var usagliqdan bir sey var mende nevaxdki ALLAH'a dua etsem tez bir zamanda duami qebul edir ve ne vaxdki kimse xetirime deyse onu ALLAH'a tapsiriram hemen adamda belaya dusur dua ettikde destemaz almiram ve sadece ellerimi qaldirib dua edrem iki uc gun kecmir duam gerceklesir elebir gun olmayibki duam gebul olunmasin ozumde sok oluram sevincimnen cox vaxd aglayiram men bunlara laiq olacag ne ettimki ALLAH meni coxmu sevir herbir duami gerceklesdirir?
Cavab: 

Və aleykum Salam. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir? 

Pages