böyük günahlar
İmtahanda gizlin köçürənlərə yardım etmək olarmı?
Va aleykum Salam. Xeyr, bu əməl aldatmaq sayılır. Belə etməklə siz günah bir işə yardım etmiş olursunuz. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim "İman", 164, 1/99; əd-Darimi, 2/323; "Musnəd", 2/50; İbn Məcəh, 2/749).
Ərində homoseksuallıq olan qadın ondan boşanma tələb edə bilərmi?
Va aleykum Salam. Homoseksuallıq böyük günahlardan biridir. Bu günah barədə ətraflı oxuyun:
Uşağın qız və ya oğlan olması üçün hamiləlik cədvəlindən istifadə etmək olarmı?
Va aleykum Salam. Bu haramdır və fal hökmünə girir. Daha ətraflı:
Həkimin tələb etdiyi rüşvəti bayramda hədiyyə kimi vermək olarmı?
Va aleykum Salam. Ümumiyyətlə vəzifə başında olan şəxslərə, istər həkim olsun, istər müəllim, istərsə də hər hansı məsul şəxs, nə bayram günlərində, nə də adi günlərdə hədiyyə vermək qadağandır. İşdən kənarda rüşvət və digər haram niyyət olmadan hədiyyə vermək isə icazəlidir.
Namazı dəfələrlə qılıb sonra dayandıran çox günah qazanırmı?
Va aleykum Salaam. Namazı tərk etmək böyük günahlardandır və insanın Axirətdə əzab çəkməsinə səbəbdir. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
Böyük şirk nədir?
İçki içən şəxs müsəlman sayılırmı?
Va aleykum Salam. Sərxoşedici içki içmək böyük günahlardan sayılır. Lakin bu əməl insanı dindən çıxrmır. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında Abdullah adlı bir kişi var idi.
Qoruyucu ilə cinsi əlaqədə olmaq zina sayılırmı?
Va aleykum Salam. Bu cavabları oxuyun:
Əxlaqsız filmlərə və şəkillərə telefonda və ya internetdə baxmaq günahdırmı?
Abstrakt insan və ya heyvan şəkli çəkmək olarmı?
Va aleykum Salam. Dinimizdə ruhu olan varlıqların (insan və heyvan) şəklini çəkmək günah sayılır, fərq etməz istər bu varlıq real həyatda olmayan xəyali varlıq olsun, istər real varlıq olsun. Əksinə, bəzi alimlər xəyali varlıqları çəkməyin daha böyük günah olduğunu bildirmişlər.