böyük günahlar

Ərim ola-ola başqa kişi ilə kəbin kəsdirə bilərəm?

    12.04.2016
Sual: 
dinde evli gadin baska bir evli kiwi birlikte olmag isteyilerse,olaecin imam terfinen ikisiycin nigah salilar,oz ailelerinle dini nigahda ola ola,ya baska bir mudetliy nigah falan varmi
Cavab: 
Salam aleykum. Qadının əri ola-ola başqası ilə kəbin kəsdirə bilməz və bu böyük günah olan zina sayılır. İslamda müvəqqəti nigah (siğə) haramdır. Həmçinin, oxuyun:
Siğə haqqında

Məcburiyyətdən masturbasiya etmək günahdır?

    10.04.2016
Sual: 
salam Aleykum.sizden bir meslehet almaq isteyirem men 18 yasinda bir oglanam vaxtinda cinsellikle bagli bir gunah etmisem indi bu gunahima tovbe etmisem .amma tovbe duasini ezber yox yazili suretde etmisem .Ancaq ettiyim gunaha cox pesman olmusam ve urekden tovbe etmisem ,Allah gunahimi bagislayar ?bir de ki men ozumu cox sixiram ki masturmasiya etmeyem amma dayana bilmirem cetin veziyyetde qaliram .Mecburiyyetden etmek gunahdir?

Ərim mənimlə heyz vaxtı cinsi əlaqədə olursa, mən günah qazanırammı?

    07.04.2016
Sual: 
Salam menim Yoldasim men aybasi olan vaxti menle cinsi elaqede olur bunun mene gunahi var?birdeki menle arxadanda cinsi elaqede olmaq isyeyir bununda mene gunahi varmi?
Cavab: 
Və aleykum Salam. Bu məsələlər günah olduğuna görə ərinizə itaət etməməlisiniz. İtaət etsəniz günah qazanacaqsınız. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).

Zina etmiş qadın ərinin qayıtması üçün nə etməlidir?

    03.04.2016
Sual: 
Mən ailəli qadınam.Uşaqım var.Erimə zina etdim.Erim de bilib.Peşman olmuşam tövbə etdim.Namaza başladım.Ne edim ki Allah meni bağışlasın.Hansı duaları oxuyum ki erim qayitsın ailesine.
Cavab: 

Salam aleykum. Ərin ailəyə qayıtması üçün xüsusi dua yoxdur. Siz Allahdan bağışlanma istəyin, ərinizin ailəsinə qayıtması üçün dua edin. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?

Valideynin razılığı olmadan qaçırılan qız barışıq olmasa zina etmiş sayılır?

    31.03.2016
Sual: 
Essalamualeykum ve rehmetullahi ve bereketuhu. Atam istediyim oglana vermediyi ucun Men cahil oldugumdan istediyim oglanla qacaqaq aile qurdum.Toyumuz oldu.Elhemdulillah ibadetlerimizI edirik.Atam tezelikce Salete baslayib.Artiq nece il kecmesine baxmayaraq meni bagislamir.Bir nece defe cehd elemisem Lakin alinmir.Indi men ne etmeliyem? Bir de menim nigahim batildi ya nece?
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Bu çox ciddi məsələdir. Ona görə çalışın atanızla barışasınız. Həmçinin, oxuyun: Qoşulub qaçmaq barədə

Pages