Oğlanla qızın dostluğuna dinimiz necə baxır?
Sual:
Salam.Mənim belə bir sualım var.Dinimizdə qızla oğlanın dostluğuna necə baxılır? Aralarında yalnız dostluq münasibəti var.Təkcə telefonla danışırlar.Heç vaxt görüşmüyüblər.Bir birilərinə naməhrəm sayılırlarmı? Əvvəlcədən təşəkkürlər
Cavab:
Və aleykum Salam. Naməhrəm oğlanla qızın görüşməsi, söhbət etməsi və s. haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165; "İrva əl-Ğalil", 1813).