cadu

Şəfa və cadudan qorunmaq məqsədilə yeməyə Quran ayələri oxumaq olarmı?

    17.11.2016
Sual: 
Salam əleykum,şəfa üçün,xəstəlikləri,göz dəyməni,sehri təmizləmək üçün hazır yeməyə Fatihə,ayətəl kürsü,bəqərə,ixlas,fələq,nas sürəsi deyib üfürmək olarmı ki bütün ailə yeyib bundan faydalansın?
Cavab: 

Və aleykum Salam. Quran ümumilikdə bütün möminlər üçün bir şəfadır. Necə ki, Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82).

Aşağıda qeyd etdiklərimin mənası nədir və nə cadusudur?

    17.11.2016
Sual: 
salam. guzguye balca salfanin icnde 8noxut 2taxtaya oxsar bir esya ve 1terfi qurumus bir terfi tuklu heyvan dersine benzey esya 3bir yerde aslmsdi menasi ne ola biler ne cadusdu xais edrem cavab yazin.
Cavab: 

Və aleykum Salam. Bu, cadunun əlamətlərinə oxşayır. Caduda isə məna axtarmaq yox, ondan Uca Allaha sığınmaq lazımdır. Daha ətraflı: ​​​​​​​Cadudan necə qorunmaq olar? 

Bir neçə dəfə namazı atıb içki içmişəm, günahım bağışlanar?

    13.11.2016
Sual: 
Salam mən 3-4 dəfə namazi atib icki icmişem. Ama hal hazirda namaz qiliram ama nese namaz qilanda ele bil hiss ediremki qildiqim namaz qebul olunmur namaz qilanda basim gicellenir isteyurem tez qilim qurtarim nefsime qalib gele bilmirem irade zeyifliyi var mende 3-4 namaz atib icki icmisem sizce bu gunahim bagislanar? Birdeki deyilene gire haci pivesi gunah deyil. Duz deyirler?
Cavab: 

Və aleykum Salam. Namazın qəbul olunmayacağı ilə bağlı fikirlər və qeyd etdiyiniz hallar - şeytan vəsvəsəsi ilə bağlıdır. Belə hallara fikir verməyərək namazlara davam edin və imanınızı artırın. Həmçinin oxuyun:

Övladın valideynə qulaq asmaması cadudan ola bilərmi?

    11.11.2016
Sual: 
Salam aleyku men ailendeki oroblemlerden yazacm size evvel narmal yawayirduq indi ise ailede uwaq valdeyne qulaq asmir ve iwlediklerin eve vermirki ozlerine gun aqlasinlar Bu cadudan ireli gelir ya nece? Yalvariram kommeklik edin bizue.
Cavab: 

Və aleykum Salam. Hər şeyi cadu ilə əlaqələndirmək düzgün deyil. Övladın valideynə qulaq asmaması onu özbaşına nəzarətsiz buraxmaq, uşağın pis insanlarla yoldaşlıq etməsi, valideynlərin uşaqla maraqlanmadığına görə onun öz fikirlərinə daha çox diqqət edən digər adamlara yönəlməsi və s.

Quranla istixarə edərək bəxtin bağlı olmasını demək haqqında

    31.10.2016
Sual: 
Salam.Bir dəfə bibimgilə getmişdim o,Quranda istixarə edirdi.Dedi gəl sənə də baxım(qismətə görə) açdı Quranı yazılmışdı ki,bağladılar qaba qoyub dənizə atdılar və s.bunun kimi şeylər.oda dediki bəxtini bağlıyıblar.Bilmək istərdim nə dərəcədə düzgündü??
Cavab: 

Və aleykum Salam. Quran ilə və ya digər şeylərlə fala baxmaq qadağandır və böyük günahlardandır. Quranda bizim şəxsi həyatımız haqda bir şey yazılmayıb. Sadəcə bəzi insanlar ürəklərində niyyət tutub müəyyən səhifəni açırlar, orda isə nə yazıldığına baxıb öz istədikləri kimi yozurlar.

Nə qədər ibadət etsək də, yenə bizə cadu edirlər...

    29.10.2016
Sual: 
Salam Aleykum ve Rehmetullah menim ailem artiq 20 ile yaxindirki namaz qilir ve Allah yolu ile gedir ve atiq 25 ile yaxindirki bizim heyetimizden ekin yerimizden hemcinin mal qaranin yeminin icinden bele basdirilmis yumurta cixir bu caduda nece qoruna bilerik birde esas sualim meni cox maraqlandirir niye mes yumurta?? Kagiz ve ya bawqa birsey ola bilerdi axi niye yumurta?
Cavab: 
Və aleykum Salam və rahmətullah. Dində "ibadət edəcəyiniz halda heç kim sizə cadu etməyəcək" kimi bir hökm yoxdur. Ən çox ibadət edən Peyğəmbərə də (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cadu edilmişdi. Amma Uca Allah bizə cadudan qorunmağın üsullarını bildirmişdir.

Pages