cadu

Quran oxumağın qarşısını alan vəsvəsəyə qarşı nə etmək lazımdır?

    24.12.2016
Sual: 
Salam eleykim mən Quran kerim oxumaq istəyəndə seytan məni yoldan çıxarır nə edə bilərəm
Cavab: 
Və aleykum Salam. Bu vəsvəslərə fikir verməyin və iradəli olun. "Əuzu billəəhi minəş-şeytanir-racim - Lənətlənmiş şeytandan Allaha sığınıram" deyərək Quranı oxumağa başlayın. Daha ətraflı: 

Qadın zina edən və ailəisilə maraqlanmayan kişidən boşana bilərmi?

    24.12.2016
Sual: 
Salam aleykum biz yoldawimla 3 ay bundan qabaq hence olmamiw dalawmaga bawladiq sonra bildimki zina eliyir sonra ozunu qeribe aparmaga bawladi Eve geceler gec geldi uwaqlarindan ailesinden soyudu menimle yaxinliq elemek istemirdi deyirdi istemirem her defe bir behane getirirdi sorada dedi xesteyem bowanmaq qerarina geldim sorada fikirlewdim belke sehirdi ondan nifret eliyirdim ancaq deyirdim bowanim mene bir meslehet verin men neyniyim bowanim yoxsa ozume ruqye eliyim amma yoldawim cahildi bes o nece olacaq temizlenmese salam aleykum
Cavab: 
Və aleykum Salam. Hər halda ruqyə etsəniz daha yaxşı olar. Həmçinin, Allaha dua edin ki, ərinizi islah etsin və sizin bir-birinizə olan münasibətlərinizi düzəltsin.

Yuxuda boğulmağı hiss etmək nədən ola bilər?

    18.12.2016
Sual: 
Salam.Allah hamimimizdan razi olsun.MenDe bezen geceler yatanda bogulma olur.sanki namaza ve ya hele vahti elexus seher yuxuda kimse meni bogur. Men bogani gormesemde Amma hiss edirem ki kimse bogazimdan tutub. Yuxuda coxlu Allahi cagiriram coxlu dualar edirem ondan sonra sanki el cekir yuxudan oyaniram.Amma oyandiqdan sonra ureyim sixilir hiss edirem ki by yuxu deyil askar imis. Xahiw edirem cavablandirin
Cavab: 
Və aleykum Salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Yatarkən baş verirsə, yatmazdan qabaq zikrləri etmək lazımdır. Daha ətraflı: 

Namaza qalxanda halım olmur, bu nədəndir?

    18.12.2016
Sual: 
Salam . namaz qilarken cox halsiz oluraM. hetta ele vezyete gelrem ki namazmi qezayada getrb cxardram . Bunun qarwisin nece ala bilrrem . Qalan adi vaxd pis olmram normal oluram. En esas namaz ucun ayaqa qalxdqda halsizlanram baw gucelenmesi olur . Ancaq uzanb yatmaq isdrrem.
Cavab: 
Və aleykum Salam. Bu sehrin əlamətlərinə oxşayır. Əgər ayaq üstə durub namaz qılmağa halınız olmasa, oturaraq namazları qıla bilərsiniz. Daha ətraflı:

Cinli insan intihar etsə, Cəhənnəmə düşürmü?

    08.12.2016
Sual: 
Salam aleykum. Eger namaz qilan bir insana cadu olunubsa ve o da ozunden biixtiyar ozune qesd edibse, o insan yene de cehenneme duwecek?
Cavab: 

Və aleykum Salam. Kimin Cəhənnəmə düşəcəyini yalnız Allah bilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 4380).

Pages