Övlad olmadığına görə seyidə müraciət etmək olarmı?
Sual:
Salam men 3 ildi aileliyem ne yoldasimda ne de mende bir problem yoxdu amma ovladimiz da olmur,hekimler sebebsiz sonsuzluq deyibler.Bacim menim ucun kitab acdirib deyibler hemzati var buna gore men kimese muraciet ede bilerem?Ozum namaz qiliram,oxumadigim dua qalmayib,bilmirem ne edim,Allaha tevekkul edirwm,amma bu soz de ureyimde qalib,bir seyid var deyibler ona muraciet et,bu dogrudurmu?
Cavab:
Və aleykum Salam. Şübhəsiz ki, kitab açıb fala baxmaq və bu kimi əməllər haramdır və xeyir-bərəkəti olmayan əməllərdir. Əgər övlad məsələsində konkret bir problem tapılmırsa, bu halda İslam tibbindən olan ruqyə müalicəsi almaq olar.