cadu

Quran ayələri və dualar oxuyarkən nəfəs darlığı hiss etmək nədəndir?

    04.02.2021
Sual: 
http://zikr.az/node/3893 Salam Aleykum Ruqyə (Quranla müalicə paylasimindaki dualari oxudum ozumu cox pis hiss ettim nefes yolumda sanki nese yarandi her nefes alanda batma oldu beynimde donma hiss ettim dualari oxumaga gucum catmadi stulu tutub oxumusam ayaqlarima da qan getmirdi oxuyub gurtardiqdan sonra yavas yavas acilma oldu nefes borumda sanki bicaq vardi desirdi icimi men niye bele oldum ? oxumaya davam etmem dogrumu ?Allahin ayelerinde bendeye zerer qelmez ama bele olmamisdim xais edirem cavabliyardiniz
Cavab: 
Aleykum salam. Qeyd etdiyiniz hallar gözdəymə, sehr və ya cadu əlaməti ola bilər. Quran ayələrini və zikrləri oxumağı davam edin. Uca Allahın ayələri şəfadır və Allahın izni ilə bu sizin sağalmağınıza və ya sehr varsa təmizlənməsinə səbəb olacaq. Həmçinin oxuyun:

Canımdan qorxunun çıxması üçün nə edə bilərəm?

    07.01.2021
Sual: 
Men uwag yawimda gorduyum cine benzer biweyden sonra yuxularimi qarwdriram indi 23yawim var coxwey canimdan cixmayib nece edeceymi bilmrem ne etmeliyem
Cavab: 
Salam aleykum. Pis yuxulardan qorunmaq üçün yatmazdan əvvəl zikrləri etmək lazımdır. Ümumiyyətlə cin və şeytandan qorunmağın yeganə yolu Allahı çox zikr etmək və Allahdan yardım deiləməkdir. Uca Allah buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın.

Falçıya getmədən cadunun yerini necə müəyyən etmək olar?

    25.12.2020
Sual: 
Salam menim sualim beledir.Cadu olunmus heyetde cadunu nece tapmaq olar?falciya getmeden
Cavab: 
Va aleykum Salam. Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Həmçinin cadunu batil etmək üçün cadugərin yanına getmək olmaz. Cadunu şəriətin buyurduğu qaydada Uca Allahın Kəlamları və dualar vasitəsilə batil etmək lazımdır. Daha ətraflı: 

Qismətin açılmaması nədəndir?

    25.12.2020
Sual: 
Salam menim bir yaxinim var namaz qilir yeni dindar adamdir ama bir turlu kismeti acilmir ne ede bilerik cox adam deyir cadu edibler kismetini baglayiblar cox xayiw edirem cavab yazain
Cavab: 
Va aleykum Salam. Qismətin açılmaması cadu ilə əlaqəli olmaya da bilər. Hər kəsin bir qisməti var və bu qismət vaxtı gəldikdə açılacaq. Qismət Allahdandır, odur ki, Uca Allaha dua edib dünya və axirət xeyirlərini istəmək lazımdır. Bu cavabları oxuyun: 

Evdən cadu tapılıbsa, onu nə etmək lazımdır?

    16.12.2020
Sual: 
Salam men oz evimde balkona instrumentlerim olan sumka qoymusam bu gun tesadufen onun icinden levazimat goturmek istedikde icerisinden balaca steplerlenmis ve bukulmus bir kaqiz tapdim ve mene maraqli geldiyi ucun stepleri sokub acdim icerisinde rus diline ve ukrayna dilinde benzer yazilar cap olunmusdu cadu olduqumu basa dusdum ve onu harda ozutdurmaq mumkundur cox saqolun
Cavab: 
Va aleykum Salam. Əgər cadugərin etdiyi cadu tapılarsa, istərsə düyünlənmiş ip, yaxud müxtəlif qarışıq şeylər olsun, onu oxutdurmağın bir faydası yoxdur, əksinə onu tələf etmək, yəni yandırmaq lazımdır.

Sevdiyim insana cadu olunmasından şübhələnirəm, nə edə bilərəm?

    08.12.2020
Sual: 
Salam Sevdiyim insana emel olunub mene qarsi cox soyuqdur nifret edir sanki sesimi bele esitmey istemir ne ayrila bilir ne xos ola bilir ancaq herseyde meni gunahlandirir 9 aydi artiq beledir,Ara sira yaxsi olur 1gun sora onuda unudur....Ozune emel oldugun bele dediyde inanmir mennen uzagdi gormurem danismiram Men onu emelden nece temizliye bilerem onnan uzaq ola ola xaish edirem komey edin mene...
Cavab: 
Va aleykum Salam. Sevdiyiniz insanın sizə qarşı soyuq davranması ilə ona cadu olunmamasını demək doğru deyil, çünki buna digər amillər də təsir edə bilər. Hər bir halda dinimiz sehr və cadudan qorunmaq üçün müəyyən dua və zikrləri müntəzəm deməyi buyurmuşdur.

Qaynanama cadu olunduğundan şübhələnirəm, nə edə bilərəm?

    03.08.2020
Sual: 
Men qaynanama cadu olundugundan subhelenirem. Tez tez yuxularimi qatiram. Evde 2 gelinik. Meni her zaman cox isteyirdi. Indi son 6 aydi ne etsem ona xos gelmir. Yenede hormetini saxlayiram. Ama meni tez tez acilayir. Agzina geleni deyir. Usaqlarima qargayir. 6 ay bunnan evelecen hec bele deyildi. Mene oz qizi kimi davranirdi. Ne oldusa diger gelinin anasinin onu falci yanina aparmasinnan sonra oldu. Men neyniye bilerem? Birde subheleniremki gelin ay basi qani icirdib qaynanama. Erine veiridiki ona baglansin. Deyrem beke qaynanamada veribki onu cox istesin
Cavab: 

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, qaynananızın sizə qarşı olan münasibətinin pisləşməsi müxtəlif səbəblərdən baş verə bilər. Hər bir halda siz ona qarşı hörmətlə yanaşın və gözəl əxlaq nümayiş etdirin. Onun sizə qarşı etdiklərini yaxşılıqla dəf edin.

Yuxumda mənə dedilər ki, sənə həmzad toxunub, bu doğru ola bilərmi?

    03.08.2020
Sual: 
Salam men subayam 24 yasim var bu gece yuxuda mene dediler ki sene hemzad toxunub bu dogru ola bilermi? Ve men ne etmeliyem? Özum 3cu ile kecir ki namaz qiliram
Cavab: 
Aleykum salam. Yuxular heç də həmişə həqiqəti bildirmir. Çünki yuxular şeytandan da ola bilər. Hər bir halda siz şeytandan qorunmaq üçün şəriətimizin buyurduğu vasitələrdən istifadə edin. Şeytandan qorunmağın yolları barədə bu linkdən oxuyun:

Pages