Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı?
Aleykum salam. Namazdan sonra edilən zikr və dualar vacib deyil. Fəqət bəyənilən əməllərdəndir.
Aleykum salam. Namazdan sonra edilən zikr və dualar vacib deyil. Fəqət bəyənilən əməllərdəndir.
Aleykum salam. İslam alimlərinə görə vitr namazında qunut duası tutmaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda oxuyardı.
Aleykum salam. Valideynlər dünyasını dəyişərsə, onların bağışlanması üçün dua etmək, onların adından sədəqə vermək, qohumları ilə əlaqələri daha da möhkəmləndirmək və digər şeylər onlara edilən yaxşılıqdır.
Aleykum salam. Xeyir, olmaz, çünki dinimizdə belə bir şey yoxdur, bir daha belə etməyin. Yalnız Uca Allaha dua edin və ondan istəyin.
Və aleykum Salam. Namazdan sonra təsbehə ehtiyac yoxdur. Təsbeh Peyğəmbərin (salləllahu aleyhi va səlləm) dövründə olmamışdır. Təsbehlə zikr etmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özünün etmədiyi və buyurmadığı bir əməldir.
Va aleykumus Sələm va rahmətullahi va bərakətuhu.
Aleykum salam. Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) sağ əl ilə zikr etmişdir. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sağ əli ilə zikr edən gördüm.
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Dilə yüngül, çəkidə ağır gələn və ər-Rahmənə (Allaha) sevimli olan kəlmə bunlardır: "Subhəənəllaahi va bihəmdihi, subhəənəllaahi-l-aziim".