dua

İstixarə namazını qılarkən nə oxumaq lazımdır?

    29.01.2014
Sual: 
Salam aleykum. İstixarə ve hacət namazını qılıb yatarkən nələri oxumaq lazımdır? Mən bildiyimə görə hacəti qılıb heç kimlə danışmadan yatasan və yatarkən "Ayətul Kursi"-ni oxuyasan. Məndə hələ "Ayətul Kursi"-ni əzbərdən bilmirəm onun yerinə başqa surə oxumaq olarmı? Və hansı surəni oxusam yaxşıdır? Zəhmət olamasa cavablandırasınız. İndidən çox sağolun Allah sizdən razı olsun.
Cavab: 

Aleykum salam. İstixarə və ya hacət adlı namaz iki rükətli namazdır. Bir xeyir iş görmək istədikdə iki rükət namaz qılıb ya təşəhhüddən sonra salamdan əvvəl, ya da salamdan sonra istixarə duasını edərək Allahdan xeyir diləyirsiniz.

Kiməsə nəfsim keçə bilərmi?

    29.01.2014
Sual: 
Salam aleykum. Mən bilmək istərdim ki, kiməsə nəfsim keçə bilərmi? Yəni mən hamilə qala bilmirem ama başqası hamile qalanda öz özüme deyirəm ki, niyə o, hamilə qaldı mən yox. Bunun günahı varmı mən günah qazanırammı? Xahiş edirem ki, cavablandirasiniz. Allah sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. Əgər siz Uca Allahın təqdir etdiyi qismətə narazı olaraq və ya qədərə etiraz edərək bu sözləri desəniz günah qazanmış olarsınız. Nəfsin kimdəsə qalması anlayışı yoxdur.

Allahın doxsan doqquz adlarını yazıb yastığın altına qoymaq olar?

    28.01.2014
Sual: 
Salam aleykum. Allahın 99 adını yazıb yastığın altına qoymaq olarmı?. Axşam qorxuram.
Cavab: 
Aleykum salam. Uca Allahın adlarını və ya hər hansı bir ayə, dua yazıb yastığın altına qoymaq və ya üstündə gəzdirmək olmaz. Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə etməmiş və heç kəsə bunu öyrətməmişdir. O, hər bir kəsə bunları əzbərləməyi və oxuyaraq tətbiq etməyi buyurmuşdur.

Hamilə qadın bətnindəki övladının sağlam və əməli saleh olması üçün hansı surələri oxumalıdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Mən bilmək istərdim ki, hamilə olarkən ana əlini bətninə qoyub hansı sureleri oxumalıdır ki, uşağ sağlam xeyirli və tərbiyəli olsun?
Cavab: 

Aleykum salam. Şəriətdə xüsusi təyin olunmuş şəkildə bu məsələ üçün ayrıca hər hansı bir surə və ya dua növü mövcud deyil. Ümumən "Ayətul Kursi (əl Bəqərə, 255), "əl Fatihə", "əl İxlas", "əl Fələq", "ən Nas"  və digər bu kimi surələri oxuya bilərsiniz.

Duaları kitabdan oxuyaraq dua edə bilərəmmi?

    28.01.2014
Sual: 
Salam aleykum. Misal uchun "Ayetul Kursi" ve ya bashqa zikr ve dualari yadda saxlaya bilmiremse, yeni ezberledikde yadimda qalmirsa, onlaro kitabdan oxumaq olar. Çunki yadda saxliya bilmirem.
Cavab: 
Aleykum salam. İstər "Ayətul-Kursi" istərsə də hər hansı bir zikr və dua yadınızda qalmırsa, əlbəttə ki, onu kitabdan oxuya bilərsiniz. İslam dini rahatlıq və asanlıq dinidir.

Peyğəmbərə salavat deyərkən əli üzə çəkməliyik?

    28.01.2014
Sual: 
Salam aleykum. Biz Peygemberimizin, yeni Mehemmed peygemberimizin adini chekende salavat verende (sallallahu aleyhi va sellem) deyende salavati (elimizi) uzumuze chekmeliyik, yoxsa ferqi yoxdur?
Cavab: 

Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməmişdir. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.

Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Ushagim geceler qorxaraq durub aglayir ele bil ustune ne ise cumur. Qurana qulaq asdirdiq dediler qorxub. Dua yazilib amma o dua ustunde olanda rahat yatir dua olmayanda eyni hal yene davam edir ve chox aglayir. Mene deyilir ki, sene namaz gelir gerek namaz qilasan ushagin duzeler. Bu duzdurmu ya yox? Xahish edirem bu suallara etrafli cavab veresiniz.
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə xatırladaq ki, adətən kiçik uşaqlar yatarkən yuxuda belə hallar ilə rastlaşırlar. Buna görə ciddi narahat olmayın. Sadəcə olaraq uşaq qorxduqda ilk növbədə görülən iş onu şəriət yolu ilə müalicə etməkdir.

Pages