dua
Hamilə qadın bətnindəki övladının sağlam və əməli saleh olması üçün hansı surələri oxumalıdır?
Aleykum salam. Şəriətdə xüsusi təyin olunmuş şəkildə bu məsələ üçün ayrıca hər hansı bir surə və ya dua növü mövcud deyil. Ümumən "Ayətul Kursi (əl Bəqərə, 255), "əl Fatihə", "əl İxlas", "əl Fələq", "ən Nas" və digər bu kimi surələri oxuya bilərsiniz.
Duaları kitabdan oxuyaraq dua edə bilərəmmi?
Peyğəmbərə salavat deyərkən əli üzə çəkməliyik?
Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməmişdir. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.
Aya baxıb dua etmək günahdır?
Aleykum salam. Şəriətdə aya baxıb dua etməyin yalnız bu forması gəlib. Yəni "hilal" (təzə ay) görünərkən Allah Rəsulu bu duanı oxumağı tövsiyə edib:
Qorxan adamı çıldaq etmək olar?
Aleykum salam. Ümumiyyətlə dinimizə görə bu kimi əməllər bəyənilmir.
Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?
Va aleykum Salam. Ümumiyyətlə xatırladaq ki, adətən kiçik uşaqlar yatarkən yuxuda belə hallar ilə rastlaşırlar. Buna görə ciddi narahat olmayın. Sadəcə olaraq uşaq qorxduqda ilk növbədə görülən iş onu şəriət yolu ilə müalicə etməkdir.
Zikr əllə necə edilir?
Aleykum salam. Peyğəmbərimizdən - ona və ailəsinə Allahın salavatı və salamı olsun - rəvayət edilir ki, o, sağ elinin barmaqları ilə zikr edərdi. Lakin, bu zikrləri hansı üsulla etməsi barəsində səhih hədislərdə hər hansı bir məlumat verilməmişdir.
Dua və ya Qurandan surə yazıb onu üzərində gəzdirmək olarmı?
Aleykum salam. Ümumiyyətlə mötəbər İslam alimlərinin fikirlərinə görə dua, surə, ayə asılmaz və ya gəzdirilməz. Əkisnə dua edilər, ayə və ya surə isə oxunular. Dərmanı gəzdirmək xəstəyə təsir etmədiyi kimi, duanı və ya ayəni üzərində gəzdirmək də insana təsir etmir.
Allaha "qurban olum" deyərək dua etmək olarmı?
Aleykum salam. Bu şəkildə dua etməyin qadağan və ya icazəli olunması barəsində şəriətdə heç bir məlumat bildirilmir. Sadəcə sözün mənası baxımından demək icazəli deyil. Çünki islama görə "qurban" yalnız şəriətlə müəyyən olunmuş heyvanlardan Allah üçün kəsilir.