Təşəhhüddə hansı dualar oxunur?
Aleykuma salam. Təşəhüddə edilən zikrlər belədir. "ət Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs Səlamu aleynə və alə ibədilləhis-salihin.
Aleykuma salam. Təşəhüddə edilən zikrlər belədir. "ət Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs Səlamu aleynə və alə ibədilləhis-salihin.
Aleykum salam. Səbah duası dedikdə səhər açıldıqda edilən zikr və duaları nəzərdə tutursunuzsa, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhər yuxudan oyandıqda və sübh çağı sübh namazından sonra zikr və dualar edərdi. Bu zikrlərdən bəzisi bunlardır:
Aleykum salam. Zikr ibadətin bir növüdür, bütün ibadətlər isə Allah üçün edilir. Daha ətraflı Zikr nədir? məqaləsindən oxuyun.
Aleykum salam. Şəriətdə xüsusi olaraq belə bir dua növü yoxdur. Hər hansı bir diləyiniz üçün xüsusi dua formasına ehtiyac yoxdur. Uca Allaha dua edərək ehtiyac duyduğunuz şeyləri diləyə bilərsiniz.
Aleykum salam. Muhəmməd peyğəmbərin belə bir dua etməsi məlum deyildir. Söylədiyiniz duanın mənası (Ey böyükləri kiçildən və kiçikləri böyüdən Allahım! Məndə olanları kiçilt).
Aleykum salam. Ehsan duası deyilən bir duaya rast gəlməmişik.
Aleykum salam. İstər qadın, istərsə də kişi, yaxşı olar ki, sayla olan zikrləri əl barmaqlarıyla etsin. Təsbehlə zikr etmək bəyənilmir. Daha ətraflı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum salam. İslam dininə görə qəbirlərin üzərində yerimək, oturmaq, onları taptalamaq, oranı toplantılar üçün yer təyin etmək, qəbiri öpmək, üzərinə gül qoymaq və ya su tökmək olmaz. Qəbir üstündə ölüyə dua etmək və bağışlanma diləmək şəriətə uyğundur.
Və aleykum Salam. İn şəə Allah sözü "Əgər Allah istəsə" və ya "Allahın izni ilə" deməkdir. Bu ifadə dilimizdəki "Allah qoysa" ifadəsinə müvafiq hesab etmək olar.