dua

Namazdan sonra Peyğəmbərə neçə dəfə salavat gətirilməlidir?

    15.04.2014
Sual: 
Salam aleykum. Size bir sualIm var. Amma xahiş edirem ki, sualimi cavablandirin. (Sallallahu aleyhi ve ale elihi ve sellem) sozu neche defe deyilir? Men bunu her namazda demeliyem? Yoxsa her cume? Allah komeyiniz olsun! Allah sizden razI olsun! Salamat qalin.
Cavab: 

Aleykum salam. Sübh namazından sonra və məğrib (günbatan) namazından yarım saat əvvəl səhər-axşam zikrləri edərkən Peyğəmbərə (salləllahu aleyhi və alə əlihi səlləm) on dəfə salavat gətirmək yaxşıdır.

Sevgi duası varmı?

    14.04.2014
Sual: 
Salam aleykum. Men bir oglani sevirem, amma menim onu sevmeyimi bilmir. Ancaq men istiyirem ki, o da meni sevsin! Bunun uchun xususi bir dua varmi? Eger varsa zehmet olmasa yazin! Men o duani oxuyum ve sevdiyim oglan da meni sevsin! Amma ele dua olsun ki, men ancaq namaz qilanda oxuyum. Xahiş edirem ki, bu sualIma cavab yazasiz. Sag olun! Allah komeyiniz olsun!
Cavab: 

Aleykum salam. Belə bir dua növü yoxdur. Lakin siz öz sözlərinizlə bu mənada dua edə bilərsiniz: "Ey Allahım! Mənə həm bu dünyada həm də axirətdə xeyirli olan bir insan nəsib et".
 

Sevdiyim oğlanın valideynlərinin bizə elçi gəlməsi üçün Allaha necə dua edim?

    13.04.2014
Sual: 
Salam aleykum. Men bir oglani sevirem. Oglan bizim qonshumuzdur. Ozude namaz qilandir. Amma nedense o 3 defe qilir. Mende qiliram, amma beş defe qiliram. Menim onu sevdiyimi bilmir. Men indi Uca Allaha nece dua edim ki, onun ailesi bize elchi gelsin. Xahiş edirem ki, mene bir dua yazin. Men her namazda Uca Allaha dua edirem ki, sevdiyim oglanin ailesi mene elchi gelsin. Cavabinizi gozleyecem. Salamat qalin.
Cavab: 

Aleykum salam. Bunun üçün xüsusi bir dua yoxdur. 

Hansı duaları oxusam yaxşı insan olaram?

    13.04.2014
Sual: 
Salam aleykum. Sualım budur ki, hansı duaları oxusam yaxşı insan olaram?
Cavab: 

Aleykum salam. Yaxşı insan olmaq Uca Allahın buyurduqlarını yerinə yetirmək və qadağan etdiyi şeylərdən çəkinmək lazımdır. Bunun üçün Allahdan doğru yola yönəlmək, yaxşı işlər görmək, faydalı elm öyrənmək diləyin. Allah Təala bizə öz kitabında yaxşı insanların xüsusiyyətlərini bildirmişdir.

Allahdan bir şey istəmək üçün hansı dua deyilir?

    12.04.2014
Sual: 
Salam aleykum. Menim 14 yashim var. nzumde Namaz qiliram. Allahdan bir shey istemek uchun hansI dua deyilir? YazIn bura ele bir dua olsun ki, men her namazda oxuyum. Allahda menim isteyimi heyata kechirsin. Xahiş edirem ki, menim sualıma tez bir zamanda cavab yazın. Allah sizden razI olsun.
Cavab: 

Aleykum salam. Allahdan bir şey istədikdə "Allahım!", "Ey Rəbbim" deyə Allaha üz tutub istədiyinizi diləyə bilərsiniz. Bunun üçün xüsusi bir duaya ehtiyac yoxdur. Həmçinin, namazın səcdəsində çoxlu dua edə bilərsiniz.

Mən hər namazdan sonra zikr edirəm

    11.04.2014
Sual: 
Salam aleykum. Men her namazda, yeni ister vacib, isterse de qeza namazlarinda zikr edirem. Yeni tesbeh chekirem. Bunu her zaman etmeliyem?
Cavab: 

Aleykum salam. Hər namazdan sonra zikr etməyiniz yaxşıdır, amma təsbeh çəkməyə ehtiyac yoxdur. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zikrləri təsbehlə deyil, barmaqları ilə sayardı.

Zikr neçə min dəfə edilməlidir?

    11.04.2014
Sual: 
Salam aleykum. Zkir neçe min defe edilmelidir? Deyilene gore 70 min defe edilmelidir. Yeni men bele eshitmishem. Bu dogurdanda beledirmi? Eger beledirse niye onda 7o min defe edilmeldir?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sayla olan zikrləri yüzdən artıq zikr etməmişdir. Səhih hədislərə əsasən yüzdən artıq sayda zikrlər mövcüd deyildir.

Pirləri ziyarət edib onlara dua etmək Allaha şərik qoşmaq hesab olunur?

    11.04.2014
Sual: 
Salam aleykum. Pirlere gedib ziyaret etmek ve ya onlara dua elemek Allaha sherik qoshmaq hesab olunur?
Cavab: 

Aleykum salam. Pirləri ziyarət edib Allahla yanaşı başqalarına yalvararaq yardım diləmək, pirə nəzir deyib vermək, pirin başına dolanmaq, pənah aparmaq, pirə qurban kəsmək ibadətdə Allaha şərik qoşmaq sayılır.

Hər gün eyni günahları davamlı şəkildə edirəm. Bunun qarşısını necə alım?

    09.04.2014
Sual: 
Salam aleykum. Demek olar ki, her gün choxlu günahlar edirem. Eyni günahları dünende etmishem, bu gunde etmishem her gün ve növbeti gelen günlerde de eyni günahları edirem. Bunun qarshini almaq üçün edə bilerem? İmkan varsa, bir az ətraflı yazardız.
Cavab: 

Aleykum salam. Günahdan yalnız Allaha itaət etməklə çəkinmək olar. Bu itaətin ən başlıcası isə namazdır. Həmçinin, Allaha çoxlu dua edin ki, Allah sizi günahlardan təmizləsin. Allahı çoxlu zikr edin, günaha aparan əməllərdən və insanlardan uzaq durun.

Pages