dua

Tövbənin deyiliş qaydasını yaza bilərsinizmi?

    27.04.2014
Sual: 
Salam aleykum. "Allahim filan gunahi etdim gunahimi bir daha etmeyeceyime tovbe edib sene siginiram". Bu tovbenin deyiliş qaydasıdir. Bes bunun bashqa cur deyiliş qaydasini siz yaza bilersinizmi? Allah size yar olsun.
Cavab: 

Aleykum salam. Tövbənin və ya bağışlanmağın ən gözəli belə deməkdir. "Allahım Sən Mənim Rəbbimsən. Səndən başqa haqq Məbud yoxdur. Məni Sən yaratdın və Mən Sənin qulunam. Gücüm çatan qədər sənə veriyim əhdə və vədə sadiqəm. etdiklərimin şərindən Sənə sığınıram.

İnsan özü öz bədənindən cini çıxarda bilərmi?

    23.04.2014
Sual: 
Salam aleykum. İnsan bedenine cin gire bilermi? Eger gire onu chixarmaq uchun hansi duani oxumaq lazimdir? Yeni adam ozu-oz bedeninden cin chixara bilermi? Cinlerin arasinda xeyirxah olani olur, yoxsa hamisi eksinedir? Bir de hansi halda insan cinleri gore biler?
Cavab: 

Aleykum salam. Bəli insan bədəninə cin girə bilər. Onu çıxartmaq üçün Allahın Kəlamını, yəni Quran ayələri oxumaq lazımdır. Bəli, adam öz bədənindən cin çıxarda bilər.

Qorxu duası varmı?

    23.04.2014
Sual: 
Salam aleykum. Mənim sualım budur ki, qorxu duası vardırmı? Varsa yaza bilərsinizmi?
Cavab: 

Aleykum salam. Xeyir, xüsusi olaraq qorxu duası yoxdur. Lakin müsəlman nədənsə qorxanda dərhal Uca Allahı zikr etməli və Uca Allaha sığınmalıdır. Həmçinin yaxşı olar ki, qorxduqda "Lə iləhə illəllah" (Allahdan başqa haqq ilah (mə'bud) yoxdur!) deyəsiz.

Bir neçə sual

    20.04.2014
Sual: 
Salam aleykum. Menim 13 yashim var. Bilmek isterdim ki, Qiyamet gunu Ayla Gunesh chirpilanda Yer kuresine zerer deyecekmi? Yoxsa zulmet qaranliq olacaq? Qiyamet gunu gunduz olacaq yoxsa gece? Birde insanlar bu sayta sual unvanlayanda siz gorursuz hansi nomreden gelir? Yeni bilinir ki, kimden gelir hansi unvandan gelir bu sayta suallar siz gorursuz? Ayetul Namazi haqda niye melumatiniz yoxdur? Ayetul Namazin ay tutulanda birde zelzele olanda qilinir. Bes Ay tutulanda zelzele olanda hansi duani oxuyaq? Men her an Qiyametin gelmesi qorxusuyla yashayiram. Bunun uchun bir dua varmi?
Cavab: 

Aleykum salam. Qiyamət günü gündüz və ya gecə olacağı haqda məlumatımız yoxdur.
Bu sayta gələn sualların haradan gəlməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim məqsədimiz sualları cavablandıraraq insanları İslam haqqında doğru şəkildə maarifləndirməkdir.

Namazdan sonra Peyğəmbərə neçə dəfə salavat gətirilməlidir?

    15.04.2014
Sual: 
Salam aleykum. Size bir sualIm var. Amma xahiş edirem ki, sualimi cavablandirin. (Sallallahu aleyhi ve ale elihi ve sellem) sozu neche defe deyilir? Men bunu her namazda demeliyem? Yoxsa her cume? Allah komeyiniz olsun! Allah sizden razI olsun! Salamat qalin.
Cavab: 

Aleykum salam. Sübh namazından sonra və məğrib (günbatan) namazından yarım saat əvvəl səhər-axşam zikrləri edərkən Peyğəmbərə (salləllahu aleyhi və alə əlihi səlləm) on dəfə salavat gətirmək yaxşıdır.

Pages