dua

Hər gecə Allaha dua edəcəyimə söz vermişdim...

    02.02.2014
Sual: 
Salam aleykum. Ushaq ikən yəni 12 yaşimda Allaha bir söz vermishtim. Hər gecə yatmazdan əvvəl Allaha dua etməmiş yatmayacağam deye, onsuzda bütün günü ürəyim Allahla olsada bunu 8 ildir ki, əməl edirəm. Amma 3 ildir ki, ailəli, uşaqlı olduğum üchün chox yorğun oluram deyə bəzi gecələr nə vaxt yuxuya getdiyimi belə bilmirəm. Nə olursa olsun bu sözümün üstündə ömrümün axırına qədər durmaq istəyirəm. Bilirəm Allaha verdiyim sözdən üstün hech bir şey ola bilməz. Amma bəzəndə yuxunun qarşısina kechə bilmirəm. Nə etməliyəm və bu nə dərəcədə günahdır?
Cavab: 

Aleykum salam. Sözsüz ki, Uca Allah insana qarşı çox mərhəmətlidir. Allaha söz vermiş olsanız belə O sizdən yalnız bacardığınız qədər ona ibadət etməyi buyurur. Quranda Uca Allah belə demişdir: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər mükəlləf edər.

Səcdədə olarkən ürəyindən hər hansı bir fikir keçirmək olarmı?

    01.02.2014
Sual: 
Salam aleykum. Namaz qilarkən insan ürəyindən çox şey keçir arzu istək bunlar günah deyil? Ve namazda səcdəyə gedərək "subhənə rabbiyəl azim" deyəndən sonra səcdədən qalxmadan ürəyimdəki arzumu keçirdə bilərəm? Günah sayılmaz?
Cavab: 

Aleykum salam. Cavabı buradan oxuyun: Namazda olarkən səcdədə dua etmək doğrudur?

Allaha necə dua edək?

    01.02.2014
Sual: 
Salam aleykum. Alla nece dua edek? Ne istediymizi nece deyek? Allahim Sene yalvariram ki, bu ishimi duzeltesen demek gunah sayilmirki?
Cavab: 

Aleykum salam. Hər bir ibadətin qaydaları olduğu kimi dua etməyin də şəriətə görə qaydaları vardır. İnşallah dua və onun qaydaları haqqında məqalə yazmaq niyyətindəyik. Saytdakı yeni məqalələri izləyin.

Qar yağanda dua etmək doğrudur?

    31.01.2014
Sual: 
Salam aleykum. Qış girir, ilk qar yağır və dua etmək doğrudur? Günah sayılmır?
Cavab: 

Aleykum salam. İslama görə qışın gəlişi və ya qarın yağması səbəbi ilə xüsusi dua forması mövcud deyil. Amma yağış yağanda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurur: Yağış yağarkən belə dua edin: "Allahummə sayyibən va nəfiən". (Allahım!

Gözdəymə haqdır?

    31.01.2014
Sual: 
Salam aleykum. Dogrudurmu ki, ay mene göz deyib, nezer deyib? Bu hallarda ovsun edib nezeri chixartmaq olarmı? Birdeki men shahidi olmusham nezer deyen adami ovsun eleyende, hemin adamin esnemeyi gelir ve gözlerinden yash axir. Hetta yaxinda eyleshen adamlarada tesirini gösterir... Bu haqda xahish edirem melumatlandirasiniz.
Cavab: 

Aleykum salam. Bəli, gözdəymə haqdır və bunun şəriətdə icazə verilmiş üsullarla müalicəsi göstərilib. Daha ətraflı bunu oxuyun: Cadudan necə qorunmaq olar? 

Pages