dua

Şeytanın vəsvəsələrindən qurtula bilmirəm...

    21.05.2016
Sual: 
Salam aleykum. Men Allaha ne vaxt ki, ixlasli oluram. Urekden inanaraq dua edirem. Emellerimi boyuk imanla yerine yetirirem, qelbime ele bir vesvese daxil olur ki, her sheyi alt ust edir. Boyuk shubhe dushur ichime. Ele bir shubhe ki, ebeden cehennemlik eder insani. Tebii ki fikir vermirem bu shubheye. Amma zeifleyirem bu vesveseye gore. Oz ozume deyirem de ki, bu sheytandandi. Daha sonra bashqa bir shubhe gelir. Sheytanin ozun bele inkar etmek kimi... Ve qorxuram ki, bu shubhe ile olem. Hech bir zaman fikir vermemishem shubhelere, amma ki sheytan el chekmir.
Cavab: 
Va aleykum Salam. Bu şeytan vəsvəsəsidir və ona fikir vermək lazım deyil. Bu vəsvəsələrə diqqət yetirəndə daha da artır. Çoxlu dua edin, Qurani kərimin mənaca tərcüməsini, hədisləri oxuyun və eliminizi artırın. Bu hallar hətta səhabələrdə olub.

Ailəm məni sevdiyim oğlana vermədi, onun geri qayıtması üçün nə edim?

    21.05.2016
Sual: 
Salam men size bir sual vermel isteyirem bir oglan meni sevirdi.Amma sonra ailem vermedi o da birden bire menden el cekdi meni sevmediyin dedi.Amma tekrar onunla barismaq isteyirem.Ona yazdim yalvardim barismadi.Mene komek edin
Cavab: 
Və aleykum Salam. Ailənizi razı salmamış evlənmək qadağandır. Allaha çox dua edin, çünki insanların qəlbləri Allahın əlindədir. Həmçinin bu işin sizin üçün xeyirli olub-olmaması üçün istixarə namazı da qıla bilərsiniz. Daha ətraflı:

Sevdiyim insanın yanıma qayıtması üçün nə dua etmək lazımdır?

    19.05.2016
Sual: 
Men bir neferle sevgili idim 25 yazim var indi ayriyiqq nece edim ne dusi suresin oxusam mene qayidar? Her gunde Allaha dua edirem
Cavab: 

Salam aleykum. Kişinin qadını və qadının da kişini sevməsi qəlb məsləsidir. Siz Uca Allaha dua edin ki, sizə xeyirli olanı nəsib etsin! Bundan əlavə istixarə də edə bilərsiniz. Daha ətraflı: 

Dualarımın qəbul olması sınaqdırmı və ölümə tələsmək olarmı?

    18.05.2016
Sual: 
salam aleykum 22yasim var usagliqdan bir sey var mende nevaxdki ALLAH'a dua etsem tez bir zamanda duami qebul edir ve ne vaxdki kimse xetirime deyse onu ALLAH'a tapsiriram hemen adamda belaya dusur dua ettikde destemaz almiram ve sadece ellerimi qaldirib dua edrem iki uc gun kecmir duam gerceklesir elebir gun olmayibki duam gebul olunmasin ozumde sok oluram sevincimnen cox vaxd aglayiram men bunlara laiq olacag ne ettimki ALLAH meni coxmu sevir herbir duami gerceklesdirir?
Cavab: 

Və aleykum Salam. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir? 

Dualarımın qəbul olması Allahın sevimli qulu olmağımı bildirirmi?

    18.05.2016
Sual: 
Sukurler Olsun Allaha!Allahdan ne dileyiremse men qismet edir.bu ne demekdir?Men Allahin sevimli quluyam?
Cavab: 

Salam aleykum. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir? 

Cənnətin, yoxsa Cəhənnəmin əhalisi çox olacaq?

    18.05.2016
Sual: 
Salam sizə bir neçə sualım olacaq: 1) Allahı zikr edərkən və Allaha dua edərkən üzü qibləyə çevirməmək günah sayılır ? 2) Allahı zikr və Allaha dua etməzdən əvvəl mütləq dəstəmaz və qüsl almalıyıq ? 3) Axirət günündə cənnətin yoxsa cəhənnəmin əhalisi çoxluq təşkil edəcək ? 4) İnsanın evlənməkdən imtina etməsi günah sayılır ? 5) İşlərimin yolunda getməməsi Allahın məni imtahan etməsi ilə bağlıdır ? 6) Namaz qılmayan insanın zikrləri, duaları, etdiyi yaxşılıqları qəbul olunurmu ? 7) Böyük və kiçik günahlara nələr daxildir ?
Cavab: 
Və aleykum Salam.
1-2. Zikr və dua edərkən qibləyə çevrilmək, dəstəmaz və ya qüsl almaq vacib deyil, lakin bunlar duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri

Dua edən kimi ailəmə zərbə dəyir, bunun qarşısını necə almaq olar?

    17.05.2016
Sual: 
Men evde hec bir duani oxuya bilmireem namaz qila bilmireem o zaman udar gelir aileme artiq bezmiwem sirri hec kim aca bilmir
Cavab: 

Salam aleykum. Bilmək lazımdır ki, dua yalnız Allaha aid edilir və dua edərkən Allahla öz aranızda kimisə vasitəçi tutmaq lazım deyil. Böyük ehtimalla sizin ailəyə cadu edilib.

Zikri sağ əl ilə, yoxsa iki əl ilə etmək lazımdır?

    17.05.2016
Sual: 
Salam aleykum. Hansi el ile zikr etmek efzeldi? Sag yoxsa? yoxsa iki elle? 2)Namazda secdede edilen duani hamisi secdelerde 3 defe edib axirinci secdede 7 defe demek bidetdirmi?
Cavab: 
Və aleykum Salam. Həm sağ, həm də sol əllə zikr etmək olar. Lakin sağ əllə zikr etmək daha yaxşıdır. Abdullah ibn Amr deyir: "Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) sağ əli ilə təsbih (zikr) edərkən gördüm". (Əbu Davud, 1502).

Pages