Namaza başlayan kimi pislik edənlərə qarşı qarğış etmək düzdürmü?
Və aleykum Salam. Bəddua etmək haram olmasa da, çox bəddua etmək dində bəyənilmir. Müsəlman mülayim, rəhmli, bağışlanma yolunu tutan olmalıdır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər".