Allaha həvalə etmək qarğış sayılırmı və günahdırmı?
Aleykum salam. Hər bir müsəlman bacardıqca bəddua və qarğışdan çəkinməlidir. Daha ətraflı: İslam dini lənəti bəyənirmi?
Aleykum salam. Hər bir müsəlman bacardıqca bəddua və qarğışdan çəkinməlidir. Daha ətraflı: İslam dini lənəti bəyənirmi?
Aleykum salam. Sualınızla bağlı ətraflı cavabı bu linklərdən oxuya bilərsiniz:
Gözdəyməyə qarşı dua varmı?
Gözdəymənin yaranma səbəbi, insanın imanına təsiri və ondan necə qorunmaq haqda
Aleykum salam. Uca Allah buyurur: "Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətlər vardır". (ər-Rum, 21).
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) duaların qəbul olmaması səbəblərindən bəzilərini açıqlamış, bunlardan birinin də Uca Allaha asi olmaq (əmrlərini yerinə yetirməmək) olduğunu demişdir. Namaz qılmamaq isə ən böyük asiliklərdəndir.
Aleykum salam. Uca Allahı zikr etmək gözəl əməllərdəndir və buna görə savab yazılır. Amma onun əmrinə asi olub namaz qılmamaq böyük günahdır. İnşallah, tezliklə namaza başlayın, həmçinin zikrləri də edin ki, Uca Allah da bu əməllərinizin əvəzində sizə çoxlu savab versin. Daha ətraflı:
Aleykum salam. Bunun belə olmasını Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) özü belə edib və ümmətinə də belə etməyi buyurub. O, bəzi məsələlərin hikmətini və mənasını bizə açıqlamış, bəzilərini isə bildirməmişdir.
Aleykum salam. Bununla bağlı xüsusi bir dua yoxdur. İstədiyiniz kimi öz sözlərinizlə Allaha dua edə bilərsiniz. Bu məqalələri oxuyun:
Dua ibadətdir
Aleykum salam. Namazdan sonra təsbeh çəkmək yox, zikr etmək daha yaxşıdır. Daha ətraflı:
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Namazdan sonra təsbeh çəkmək olarmı?
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) "əs-Səcdə" və "əl-Mulk" surələrini oxumadan yatmazdı. (ət-Tirmizi, ən-Nəsai. Bax: "Sahihul-Cami", 4/255).
Aleykum salam. Bəli, yeməyə başlayarkən "bismilləh" deməyi unutmusunuzsa, "Bismilləhi fi əvvalihi va axirihi - Əvvəlində də, axırında da Allahın adı ilə!" demək lazımdır. Daha ətraflı: Yeməyə başlayarkən edilən dua