dua

Fiziki qüsuru olan oğlanla ailə qurmaq istəyirəm, anam icazə vermir

    02.09.2014
Sual: 
Assalamualeykum ve rehmetullahi ve bereketuhu. men fiziki qüsurlu olan bir oğlanla ile qirmaq isteyirem özüm normal olsamda Elhemdulilleh ama anama buna görə həmən oğlana hetməyimi isdəmir.ama men Allah üçün onu beyenirem ve qüsurunu demek olarki heç görmürəm mənim üçün gözəllik keçici oıduğunnan heç bir fərq görmürəm.lakin anam bu məsələdə mənə qarşıdı.onu heç cürə razı sala bilmirəm və bir çox dünyəvi məsələlərə görə oğlana narazıdı.mən bu halda yenədəmi ona tabe olmalıyam? axı bunu Allah üçün etmək isdəyirğm birdəki bu evlilik axirətimə də təsiri var.Allah razı olsun
Cavab: 
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Siz əvvəlcə bu barədə bir daha oturub dərindən düşünün, sizə yaxın olan insanlarla məsləhətləşin, qəti qərara gəldikdən və nə etmək istədiyinizə əmin olduqdan sonra bilin ki, dinimizdə nigahın şərtləri vardır.

Anam qorxur ki, namaza başlasa vaxtında qıla bilməyib günah qazanacaq

    30.08.2014
Sual: 
salam xahis edirem suallarimi tez cavablandirasiniz menim anam cox zehmetkes qadindi 5 usaq anasidi atamsa yoxdu tek basina saxlayib ovladlarin boya basa catdirib ona sual verendeki namaz qil o diyirki vaxli vaxtinda qila bilmiyecem gunah qazanacam onuncun dua etsem namaz ustunde ALLAH bagislayarmi onu?
Cavab: 

Aleykum salam. Namaz qılmamaq üçün heç bir bəhanələr və üzrlər qiyamət günü Uca Allahın hüzürunda qəbul olunmayacaq. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaq və namazı əvəz edə biləcək bir əməl də yoxdur.

Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir

    29.08.2014
Sual: 
Salam aleykum.Men bir ildir ki, hicab baqlamaq arzusundayam,yalniz Allaha bunun uchun dua edirem,dualarin tez qebul olunacaqi vaxtlarda,meselen yaqish yaqarken,azan oxunarken ve s. amma duam qebul olmur.Anam hicab baqlamaqima icaze vermir,nenemde ehd edib.Axi niye Allah onlarin qelbini yumshaltmir?
Cavab: 

Aleykum salam. Hicab bağlamaq Uca Allahın qadınlara Qurani kərimdə buyurduğu əmridir. Hicab bağlamayan qadın günahkardır və buna görə Allah qatında cavab verəcək. Allahın vacib buyurduğu əmrləri (hicab, namaz, oruc və s.) yerinə yetirmək üçün isə heç kimdən icazə almaq lazım deyil.

Övladın olması üçün dua etmək günahdırmı?

    27.08.2014
Sual: 
Salam ! Men bezen usagimin olmasuycun dua edende qorxuram deyirem belke Allahu tealanin xosuna gelmeyen bir hereket etmis olaram 6 aydir evliyem ele bir boyuk illerde deyil belkede onnan ireli gelir?
Cavab: 

Aleykum salam. Uca Allaha yaxşı övladın olması üçün dualar edin. Çünki Quranda xəbər verildiyinə görə peyğəmbərlər Uca Allahdan özləri üçün xeyirli zürriyət diləyirdilər. Həmçinin, övladın və ruzinin artması üçün çoxlu istiğfar edin (Allahdan bağışlanma diləyin).

Peyğəmbərə təsbehlə salavat göndərmək olarmı?

    24.08.2014
Sual: 
SELAMU ALEYKUM.DEYIRLER KI TESBEHLE ZIKR ETMEK OLMAZ.BILMEK ISTEYIREM KI TESBEHLE SALAVAT GONDERMEK DUZGUNDURMU.........ALLAH XATIRINE SUALIMI TEZ CAVABLANDIRIN
Cavab: 
Aleykum salam. Peyğəmbərə təsbehlə salavat göndərmək olmaz. Çünki Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) dövründə təsbeh olmamışdır. Təsbehlə zikr etmək Peyğəmbərin özünün etmədiyi və buyurmadığı bir əməldir.

Pages