namaz

Namaz neçə dəqiqəyə qılınır?

    24.01.2016
Sual: 
Salam.cox sagolun bu cur gozel sayt ucun.namaz umumen nece deyqeye qilinir? Men qilanda hemise ele bilirem tez qiliram
Cavab: 

Və aleykum Salam. Namazın neçə dəqiqəyə qılınması üçün bəlli bir vaxt məhdudiyyəti yoxdur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazları uzun müddətə də, qısaldaraq da qılıb.

Sünnət namazlarında Fatihədən sonra surə oxunurmu?

    21.01.2016
Sual: 
Salam Aleykum. Sunnet Namazlarinda Fatihe'den sonra her hansisa bir sure oxunur? Birde Cume gunu Mescide girerken qilinan 2 ruket Namazda Fatiheden sonra Her hansisa sure oxunur? Allah Razi olsun..
Cavab: 

Və aleykum Salam. Sünnət namazlarında fərz namazlarında olduğu kimi Fatihə surəsindən sonra hər hansısa bir surə oxunur. Oxumasanız səhv səcdəsi lazım deyil və namaz batil deyil. Həmçinin, oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?

Əllər sinədə namaz qılmağıma icazə vermədikləri üçün namaz qılmıram...

    19.01.2016
Sual: 
Salam aleykum.men namazi sizin saytda gosterilen kimi qiliram.amma mebe vahabi deyiller.evden icaze vermiller namaz qilmaga.ne qeder bawa salsamda razi olmurlar.deyiller sef yoldu.dede-baba qaydasiyla qil (henefi).artiq 2gundur imanim zeifliyib namaz qilmiram.bawqa carem qalmayib .eger ellerimi gobey uste qoyub qilsam duz olarmi bes.mecbur halda.bir meslehet verin xaiw edirem.elleri sineye qoymaq butlere iwaredi deyiller.dunyada cox insan henefi namazi qilir deyiller.mendede fikir ayriligi yaranir.komek edin
Cavab: 
Və aleykum Salam. Tezliklə namaz qılmağa başlayın. Fitnə olmasın deyə əlinizi göbək üstündə tuta bilərsiniz. Amma namazı heç bir halda tərk etmək olmaz. Bu bir imtahandır, səbr edin. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!

Namazda öz dilində dua etməyə dəlil nədir?

    17.01.2016
Sual: 
Salamu aleykum.namazda öz dilində dua etmək barədə dəlil varmi?
Cavab: 

Və aleykum Salam. Namazda səcdədə öz dilində dua etmək olar. Dua etməyin öz dilində olmasına dəlil bu haqda qadağanın olmamasındadır. Çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir.

Təşəhhüddən sonra nə dua edilir?

    14.01.2016
Sual: 
Salam. Mən namaz qılanda təşəhhüd deyərkən bunu oxuya bilərm mi? :"Əlhəmdulillah. La ilahə illalah vəhdəhu la şərikələh və əşhədu ənnə Muhammədən əbduhu v rəsuluh. Allahümmə səlli əla Muhəmmədin və ali Muhamməd". Öncədən təşəkkür.Allah razı olsun.
Cavab: 

Və aleykum Salam. Dedikləriniz zikrlər və salavatdır. Namazda təşəhhüdü demək üçün oturduqda Təşəhhüd, onun ardı ilə salavat oxunur.

Pages