namaz

Telefonda azan dinləyib namaz qılmaq olarmı?

    25.05.2015
Sual: 
Assalamu aleykum. Telefonlarimizda olan azani her oxuduqda onun duasini ve ya azandan sonra olan namazi qilmaq doğrudurmu. Yeni men yasadigim yerde azani esitmirem ve telfonumdaki onun yerine kece bilermi.Allah razi olsun.
Cavab: 

Aleykum salam. Telefon, radio, televizor və s. vasitələrdən azanı dinləyib namaz qılmaq doğru deyil. İstəsəniz özünüz azan oxuya bilərsiniz. Tək namaz qılan üçün azan vermək vacib yox, müstəhəb (bəyənilən) əməldir.

Etdiyim nəziri yerinə yetirə bilmirəm, nə edim?

    23.05.2015
Sual: 
Salam Aleykum. Mən nəzir etmişdim ki, ömrümün axırına qədər hər gün 2 rükət niyyət namazı qılacam. Bu sözü dediyim üçün peşmanam, qılmaq istəmirəm. Görəsən əhd etdiyim üçün bu namaz mənə vacib oldu?
Cavab: 

Aleykum salam. İmkan ola-ola əhdi yerinə yetirməmək yaxşı hal deyil. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın". (əl-Buxari, 6696).

Məscidə getməyin savabı yalnız kişilərə aiddirmi?

    18.05.2015
Sual: 
Deyilənə görə məscidə ayaqla getmək günahımızı silir və savab qazandırır. Amma qadının evdə namaz qılmağı buyurulub. Yəni bu təkcə kişilər üçün keçərlidi?
Cavab: 

Salam aleykum. Məscidə getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Bu, Allahın onlar üçün yaratdığı asanlıqdır.

Namazda ayaqlar arasında məsafə nə qədər olmalıdır və digər suallar

    18.05.2015
Sual: 
Salam aleykum.saytinizda olan namazin qilinmasi qaydasina baxdim.ama bezi weyler qaranliq qaldi mencun.1.ayaqlar ne qeder mesafede arali qoyulmalidir.2secdeye getdikde once eller qoyulur yoxsa dizler.3.ikinci rukete qalxdiqda eller yumruq halinda qalxmaliyiqmi?elave suallarim:namaz qilanin onunden kecmek niye gunahdir.?namaz qildiqda tam sessizlik olmalidirmi?namazi 2nefer qildiqda camaat namazi sayilir.bes bele halda olduqda da 27savab sayilirmi?
Cavab: 

Aleykum salam.

Namaz qılarkən "vacib qurbətən illəllah" demək doğrudurmu?

    15.05.2015
Sual: 
salam.xaiw edirem sualima cavab veresiz.men megrib namazini sham namazi qiliram vacib gurbeten illallah,isha namazini xufte namazi qiliram vacib gurbeten illallah deyirem.bu sehvdirmi?
Cavab: 

Aleykum salam. Xeyr, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu cür deməyib və bu bidət (dində yenilik) əməllərdən hesab olunur.

Namazları gizli qıldığım üçün bəzən vaxtında qıla bilmirəm...

    13.05.2015
Sual: 
Salam valdeyinlerim namaz qilmağıma razi olmayacaqlarını bildiyim üçün 3 aydir ki namazı gizli qiliram namazları vaxtında qiliram sübh namazını qıla bilmirəm gunorta namazı girməmişdən 20 dəq əvvəl qəzasını qılıram hər gun qəzasını qilmaq olar namazı terk etmek istemirəm
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, sizə kömək olsun və sizin üçün asanlaşdırsın. Xatırladaq ki, namaz qılmaq Allahın əmridir, bunun üçün kiminsə icazəsi lazım deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz".

Pages