namaz

Namazı neçə yaşdan sonra qılmaq lazımdır və qılmadığımız illərin hesabını necə verəcəyik?

    13.05.2015
Sual: 
20 yawima kimi namaz qilmamiwam?nece yawdan qizlara namaz qilmaq duwur ve men namaz qilmadiqim illeri hesabini nece verecem?
Cavab: 

Salam aleykum. Qız uşaqları namazı heyz (aybaşı) olmağa başladıqları vaxtdan etibarən qılmalıdırlar. Qılmadığınız illər üçün səmimi tövbə edərək Allahdan bağışlanma diləyin, namazların qəzaları isə qılınmır. Daha ətraflı:

Hərbi xidmətdən tərxis olduqdan sonra namaz qılmaq doğrudurmu?

    13.05.2015
Sual: 
men esgerem oktyabrda texxris olacam ve inwallah namaz qilmaq istiyrem ve tovbe etmek sizce bele etsem olar?? menim adim musa dir musa peygember adidir?
Cavab: 

Salam aleykum. Allaha dua edirik ki, namaz və digər yaxşı əməlləriniz sayəsində sizi Cənnətə daxil etsin. Nəzərə alın ki, namaz qılmaq üçün haradansa qayıtmaq və ya xüsusi şəraitin yaranmasını gözləmək olmaz.

Yalnız cümə günləri namaz qılmaq olarmı?

    11.05.2015
Sual: 
oncelikle salam.Meni coxdandi dusunduren bir sual var.Menim bir tanisim var o namazi ancaq cume gunleri qilir.BU DUZGUNDURMU?Gunah deyilmi?xais edirem sualimi cavablandirasiniz.qabaqcadan tesekkur edirem.
Cavab: 

Aleykum salam. Yalnız cümə günləri namaz qılmaq və ya ümumiyyətlə namaz qılmamaq böyük günahdır. Həmin insana Uca Allahın gündə 5 dəfə namaz qılmaq əmri çatdırılmalı, nəsihət olunmalıdır.

Duha namazı qəbir əzabını yüngülləşdirirmi?

    08.05.2015
Sual: 
Salam aleykum duha namazi qebir ezabini yungullesdirir? mene deyirler ki duha namazi qilsanda qebir ezabi goreceksen o bize aid deyil xaiw edirem bu barede etrafli yazasiniz allah razi olsun
Cavab: 

Aleykum salam. Bu haqda məlumatımız yoxdur. Ancaq ümumilikdə duha namazını qılmaq savabı çox olan, fəzilətli əməllərdəndir. Daha ətraflı:
Duha namazı necə qılınır?

Namaz qılmazdan əvvəl oxuyub elm öyrənmək daha vacibdirmi?

    07.05.2015
Sual: 
Yoxsa namaz?? Turk din xadimlerinden birinin fikrini dinledim Allahin quranin ilk novbede oxumag ve elm oyrenmeyi daha sonra namaz qilmagi buyurdugunu deyirdi. Bu duzdurmu?
Cavab: 

Salam aleykum. Burada elm deyildikdə Allah və din haqqında hamının bilməli olduğu elm nəzərdə tutulursa, bəli namaz qılmadan əvvəl bu vacib məlumatları hamı bilməlidir.

Pages