Sübh namazının azanı ilə digər azanlar arasında fərq varmı?
Va aleykum Salam. Sübh namazının azanı ilə digər namazların azanı arasında fərq budur ki, Sübh namazının azanında "Həyyə aləl-fələh" (xilas olmağa tələsin!) cümləsindən sonra iki dəfə "Əssalətu xayrun minən-nəum" (namaz yatmaqdan daha xeyirlidir) cümləsini demək müstəhəbdir.