namaz

İmamın arxasında namazı qılan namazın sözlərini deməlidirmi?

    02.05.2022
Sual: 
As Salam Aleykum Rahmatullah va Barakatuh, bele bir sualim var, Camaat Namazı qılınanda meselen imanın arxasında kimse imama uymalıdı? Yeni imam sozleri dese biz demesek olur? Ya imamla birlikde normal namazlardakı kimi imam deyecek bizde deyeciyik sozleri? Yeni bir sozle Camaat Namazında mescid-de imamla birlikde bizde namaz bitene kimi sozleri tekrarlamaliyiq?
Cavab: 

Va aleykum Salam. Bu cavabı oxuyun:

Peyğəmbər ﷺ azan oxuyubmu?

    29.04.2022
Sual: 
As səlamu ələykum peyğəmbər azan veribmi? Vermeyibse dəlil nedir
Cavab: 

Va aleykum Salam. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün azan verməsi heç bir hədis yoxdur. Buna səbəb isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanların digər işləri ilə məşğul olması idi. 

Məktəbdə olduğum üçün günorta namazını gecikdirə bilərəmmi?

    29.04.2022
Sual: 
Salam aleyikum. Men namaz qılmağa başlamaq isdeyirem ancaq ki, mektebliyem,günorta namzaları derslerimin vaxtına düşür. Buna göre ne ede bilerem? Namaz vaxtından gec qılınsa günahdmı? Yardımçı olsanız çox sevinerem.

Namazda tavarruk oturuşu barədə hədisi yaza bilərsiniz?

    29.04.2022
Sual: 
Salam alekum va rahmatullah Allah size bereket versin tavarruq oturusunun hedis ile isnadi lazimdir,bildiyim qeder muslimde kecir ama tapa bilmedim
Cavab: 

Va aleykum Salam. Tavarruk - üç və dörd rükətli fərz namazların son rükətlərindəki təşəhhüd oturuşunda sağ ayağı dik tutaraq ayaq barmaqlarını qıbləyə yönəltmək, sol ayağı sağ ayağın baldırının altına salaraq yanı yerə qoymaqdır. Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi (Allah ondan razı olsun) dem

Öldükdə cənazə namazı qılınmamış şəxsə sonradan cənazə namazı qılmaq olarmı?

    29.04.2022
Sual: 
Salam aleykum. Əgər bir nəfərə cənazə namazı qılınmayıbsa və üstündən 7-8 il keçibsə, həmin adama cənazə namazı qılmaq olar?
Cavab: 

Va aleykum Salam. Müsəlman insan vəfat etdikdə ona cənazə namazı qılmaq "Fardu-Kifayə"dir, yəni əgər bir qrup insan ona cənazə namazı qılmışsa, digər müsəlmanlara vacib olmur.

Dördrükətli camaat namazının 2-ci rükətinə qoşulan səhv səcdəsi etməlidirmi?

    29.04.2022
Sual: 
Salam aleykum. 4 rukətli camaat namazına 2-ci rukətdə çatsam, camaat 3-cü rukətdə olanda, mənim üçün 2-ci rükətdi, amma təşəhhüd oxumag olmur, əksinə, mən 1 və 3-cü rükətdə təşəhhüddə oturmalı oluram. Axırda səhf səcdəsi lazımdırmı?
Cavab: 

Va aleykum Salam. Dördrükətli camaat namazının 2-ci rükətinə çatan imama tabe olub üç rükəti icamaatla qılır, imam salam verdikdən sonra qalxıb 4-cü rükəti tamamlayır, sonda təşəhhüd deyib salam verir, səhv səcdəsinə isə ehtiyac yoxdur. Həmçinin oxuyun:

Spirtli içki içən şəxs hansı müddətdən sonra namaz qıla bilər?

    29.04.2022
Sual: 
Salam Aleykum Menim dostum var spirtli içki içib, İndi O neçe vaxtdan sonra namaz qılmalıdır. Yeni men bildiyme göre Bir müddet zaman keçmelidir zamanaın bilirsinizse deyerdiz zehmet olmasa
Cavab: 

Va aleykum Salam. İçki içən şəxs dərhal tövbə etməli və namazlarına davam etməlidir. Lakin əgər içki içən şəxs nə dediyini anlamayacaq dərəcədə sərxoş olarsa, sərxoşluğu keçənə qədər gözləməlidir.

Səsli namazları səssiz qılmaq olarmı?

    28.04.2022
Sual: 
Salam aleykum subh namazi megribin ilk iki ruketi birde isa namazinin ilk iki ruketi sesli qilinir.bir sohbet sirasinda esitdim ki butun namazlar sessiz qilmaq olar bu dogrudurmu? Evvelceden tesekkurler
Cavab: 
Va aleykum Salam. Sübh namazını, habelə Məğrib və İşanın ilk iki rükətini səsli qılmaq müstəhəbdir. Yəni, bu namazları səssiz də qılmaq olar, lakin sünnəyə tabe olub namazları Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qıldığı kimi qılmaq daha fəzilətlidir.

Qurandan çox bilən deyildikdə, əzbərdən çox bilən, yoxsa təfsirini çox bilən qəsd olunur?

    28.04.2022
Sual: 
Salam aleykum. Qurandan çox bilən deyildikdə, əzbərdən çox bilən, yoxsa təfsirini çox bilən qəsd olunur?
Cavab: 

Va aleykum Salam. "Qurandan ən çox bilən namazda imam durmağa ən çox layiqdir" dedikdə, Quranı əzbər bilən nəzərdə tutulur. 

Pages