namaz
Qadınlar səcdədə və təşəhhüddə ayaqlarını necə qoymalıdırlar?
Va aleykum Salam. Kişilərlə qadınların namazı qılma forması eyni olduğu üçün qadınların namazı kişilərin namazından geyimdən başqa heç bir şeylə fərqlənmir. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) buyurub: "Mən necə namaz qılıramsa, siz də namazı elə qılın".
Qəza namazlarım çoxdur, bu namazlar qılınmalıdırmı?
Va aleykum Salam. Səbəbsiz yerə səhlənkarlıq üzündən buraxılan namazlara görə tövbə etmək lazımdır, bu namazlar qəza edilmir. Yalnız unutmaq və ya yatıb qalmaq kimi üzrlü səbəbdən buraxılan namazları dərhal, yəni xatırlayan kimi və ya oyanan kimi qəza etmək olur.
Xəsətəlik səbəbindən sidiyini saxlaya bilməyən insan dəstəmaz aldıqda hansı namazları qıla bilər?
Va aleykum salam. Əgər qəza namazları dedikdə, əvvəlki illərdə ötürülən namazları nəzərdə tutursunuzsa, bu namazları qəza etmək düzgün deyil. Bu barədə ətraflı oxuyun:
Sünnət namazları səsli qılınır, yoxsa səssiz?
Va aleykum Salam. Gecə namazlarından başqa, yerdə qalan sünnət namazlar səssiz qılınır. Gecə namazını isə səsli qılmaq daha yaxşıdır.
Əməliyyat səbəbindən səcdə edə bilməyən şəxs namazları oturaraq qıla bilərmi?
Va aleykum Salam. Uca Allahdan sizə şəfa diləyirik! Əgər səcdə etmək çətinlik törədirsə, bu halda sağalana qədər namazları, eləcə də əməliyyat zamanı qəza etdiyiniz namazları oturaraq qıla bilərsiniz.
Vitr namazından əvvəl azan və iqamə verilirmi?
Qonaq getdiyi yerdə namaz qıla bilməyən nə etməlidir?
Vəhhabi deyildiyi üçün namazı tərk etmək olarmı?
Namazda səhv deyilən cümləni təkrar etmək günah sayılırmı?
Əssələmu aleykum.
1) Namazın sözlərini və bəzi duaları qeyd etdiyiniz kimi əzbərləyə bilərsiniz. Digər Quran surələrini isə ərəb dilində oxumağı öyrənərək oxusanız daha yaxşı olar, çünki ərəb dilində olan bəzi hərflərin dilimizdə qarşılığı yoxdur. Ətraflı oxuyun: